Bu çox vacibdir. Müalicə olunmayan və ya düzgün şəkildə müalicə olunmayan tonzillit müxtəlif pozulmaların və xəstəliklərin (ürək və böyrək xəstəlikləri və s.) inkişafına səbəb ola bilər. Təbii ki, lazım olan “antibiotik” yalnız həkim xəstəni müayinə etdikdən sonra təyin edə bilər.
Antebakterial preparatlarla yanaşı müxtəlif xalq təbabəti üsullarından istifadə etmək olar. Bu üsullar xəstəliyin tez müalicə olunmasına çox yaxşı kömək edir. Bundan əlavə xroniki tonzilliti olan insanlar bu vasitələri profilaktik məqsədi ilə istifadə edə bilərlər. Bu vasitələr boğazın selikli qişalarının davamlılığının artmasına kömək edirlər və nəticədə insan daha gec-gec anginaya tutulur.
1. Antiseptik otların (çobanyastığı, adaçayı, kalendula, evkalipt) istifadəsi çox yaxşı effekt verir. İstənilən otdan 1 xörək qaşığı götürün, üzərinə 1 stəkan qaynar su tökün, 30 dəqiqə ərzində dəmləyin və süzün. Gün ərzində 3 dəfə qarqara edin (xəstəlik zamanı qarqaranı daha tez-tez etmək lazımdır). Dəmləmə üçün bu otların qarışığını da istifadə etmək olar. Hər otdan 1 xörək qaşığı götürüb qarışdırın. Bu qarışıqdan 1 xörək qaşığı dəmləyib qarqara edin.
2. Adi xörək duzu da çox təsirli antiseptikdir. 1 çay qaşığı duz 1 stəkan qaynar suda əridin və qarqara edin.
3. Propolis angina zamanı ən güclü təbii vasitələrdən biri sayılır. Məhz bu səbəbdən propolis anginanın müalicəsində istifadə olunan bir çox dərmanların tərkibinə daxil edilir. 1 çay qaşığı sürtgəcdən keçirilmiş propolis 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir və süzülür. Bu dəmləməni qarqara kimi istifadə edin.
4. Soğan suyu da həm angina zamanı, həm də bu xəstəliyin profilaktikasında çox yaxşı kömək edir. Bir neçə soğan sürtgəcdən keçirilir, tənzifə yığılır və şirəsi sıxılır. Daha sonra 2 xörək qaşığı şirəni 1 stəkan ilıq qaynanmış suya əlavə edin və qarqara edin.
5. Bal da çox təsirli vasitədir. Hər gün 1 çay qaşığı balı ağzınızda sümürün. Bu sadə vasitə ağız boşluğunda və boğazda olan mikroblarla mübarizə edir, immuniteti artırır.
6. 1/2 çay qaşığı üyüdülmüş zəncəfil 1 stəkan ilıq qaynanmış suya əlavə olunur və bu məhlulla qarqara edilir.
7. Angina zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə inhalyasiyalardan istifadə etmək olar. Enli qaba isti su tökün, 2 damcı zəncəfil və 2 damcı evkalipt efir yağlarından əlavə edin və bu suyun buxarı ilə ağzınızla 4-7 dəqiqə ərzində nəfəs alın (su çox qaynar olmamalıdır ki, selikli qişalar yanmasın).