Xeyale Eliyeva

Anksiyetə və psixoloji sağalma: Həyat keyfiyyətini yaxşılaşdıran addımlar

Baxış sayı: 657

Anksiyetə – yəni narahatlıq pozuntusu, müasir dövrün ən geniş yayılmış psixoloji problemlərindən biridir. Hər gün qarşılaşdığımız təzyiqlər, qeyri-müəyyənliklər və stress anksiyeteənin yaranmasına səbəb olur. Bu vəziyyət insanın həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilir. Gəlin bu problemin səbəblərinə və onunla necə mübarizə aparmağın yollarına birgə nəzər salaq.

Bəzən elə olur ki, heç bir səbəb yoxkən ürəyimiz sıxılır, içimizdən keçən narahat hisslər bizi özümüzdən alır. Sanki nəfəs almaq belə çətinləşir… Adını qoya bilmədiyimiz, amma hər gün yanımızdan əl çəkməyən bu hiss – anksiyetə, müasir insanın ən səssiz, amma ən güclü düşmənlərindən birinə çevrilib. İnsan yorulur, amma etiraf etmir. Qorxur, amma gizlədir. Daxildə qopan fırtına isə sakitcə həyatın bütün rənglərini soldurur.

bas agrisi

Səbələr: Anksiyetə heç vaxt boş yerə yaranmır. Onu oyadan bir neçə toxunuş var. Bunlar:

* Daimi stress: Həyatın təzyiqləri – iş, ailə, sosial gözləntilər içimizi sıxır, yükə çevrilir.

* Uşaq vaxtından gələn qorxular və travmalar: Bir dəfə yaşanan narahatlıq, böyüdükcə başqa formalara girərək geri qayıdır.

* Genetik meyl: Bəzən bir anksiyetə bir ailənin gizli mirası olur.

* Həddindən artıq məsuliyyət hissi: “Hər şey mənim üstümdədir” – düşüncəsi ən güclü insanı belə yavaş-yavaş içdən tükəndirir.

aglamaq

Anksiyetənin əsil qorxulu tərəfi isə odur ki, insan özünü günahkar hiss edir, hətda bu vəziyyəti “təkcə o yaşayırmış” kimi hiss edir. Anksiyetə bütün bədəni ələ keçirən görünməz toxunuşdur:

* Yuxusuzluq, davamlı yorğunluq

* Ürək döyüntülərinin artması

* Konsentrasiya çətinliyi

* Xırda şeylərə qaeşı həddindən artıq həssaslıq

* Özünə inamın tədricən azalması

Anksiyetə idarə edə biləcəyimiz bir vəziyyətdir. Doğru yanaşma ilə insan yenidən nəfəs alır, normallaşır.

* Psixoterapiya-Xüsusi Koqnitiv Davranış Terapiyası (KDT) –

Düşüncə və davranışları dəyişərək narahatlığıazaldır.

* Dəstəkverici məşqlər: nəfəs texnikaları, fiziki aktivlik

* Düzgün həyat tərzi: yuxu rejiminin düzəldilməsi, kofeinin azaldılması, gündəlik ritmin balanslaşdırılması

* Dəstək və ünsiyyət: İnsan yaşadığı hissi paylaşdıqca yüngülləşər

Anlatmaq lazımdır ki, anksiyetənin öhdəsindən gəlmək “güczüslük deyil” – əksinə özünü qorumaq cəsarətidir.

Əgər sən də daxildə səssizcə yaşadığın narahatlıqdan yorulmusan və içində boğulan amma kəlmələrə çevrilməyən hisslərin varsa – yalnıız deyilsən.

Bəzən bir addım…sadəcə bir addım insanın həyatını dəyişə bilər. Bu yolda biz sənin yanındayıq.

 

Klinik psixoloq Xəyalə Əliyeva

“Ümid” Siyəzən Psixoloji və Nitq İnkişafı Mərkəzinin rəhbəri




5 şərh “Anksiyetə və psixoloji sağalma: Həyat keyfiyyətini yaxşılaşdıran addımlar

  1. Nurlan Əmrahov

    Həyat tərzini deyişmək ve duzgun yanaşma ilə cox yaxşı neticələr əldə etmək olar.

    Cavabla
  2. Aynur Əliyeva

    Meqale cox faydali oldu, anksiyetenin sebebleri ve mübarize yolları barədə yaxşı melumat verilib. Mäncə, en vacib məsələlərdən biri də psixoterapiyanın önəmi oldu.

    Cavabla
  3. Tamara Kamil

    Meqale cox faydali oldu, xususile de nefes mesqleri ve psixoterapiyanın rolu haqda yazılanlar cox vacibdi. Bu cür yazılar cox insana kömək edə bilər

    Cavabla
  4. Zamin Müseyib

    Män də bezən bu veziyyəti hiss edirəm, amma paylaşmaq cox kömək edir. Bu meqale məni cox rahatlatdi

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir