http_95.86.135.60_bpictures_picture109885

Antibiotiklər bizə necə təsir edir?

Baxış sayı: 2. 119

http_95.86.135.60_bpictures_picture109885

Bioloqlar müxtəlif bakterial hədəflərə təsir edən fərqli tipdən olan antibiotiklərin insan orqanizmində DNT-ni zədələdiklərini aşkarlayıblar.
“Milli.az” “Science”a istinadən bildirir ki, ABŞ-dakı Massaçusets Texnoloji İnstitutunda aparılmış araşdırmalar nəticəsində antibiotiklərin təsirinin bakteriyalar və orqanizm arasındakı fərqlərə əsaslandığı bir daha sübut olunub.

Antibiotiklər yalnız bakterial hədəflərlə təmasa girərək mikroblara aminoqliqazidlər, xinorirnlər və ya beta-laktama hüceyrə divarını yaratmağa imkan vermirlər.
Bu mexanizmlər ilk baxışdan qarşılıqlı əlaqəli təsir bağışlamasa da, amerikalı alimlər sadalanan üç maddənin bakteriyanı eyni üsulla məhv etdiklərini anlayıblar.

Boston Universiteti ilə birlikdə aparılmış tədqiqatlar zamanı məlum olub ki, həmin maddələr hüceyrədə yanlış nukleotidlərin toplaşmasına səbəb olur.

Amerikalı alimlər DNT-ni təkrarlayan “DinB” vermentinin mexanizmini öyrənərək bu fermeni böyük miqdarda ifraz edən hüceyrələrin niyə öldüyünü anlamağa çalışıblar.
Sən demə, DNT sintezi zamanı bu verment ATG və S nukleotidləri ilə yanaşı, oksigenlə pozulmuş G (8-okso-dG) variantından da yararlanır. Üstəlik, zədəli nukleotidlərdən yararlanan ferment çox vaxt səhv edir və DNT həlqələri arasında düzgün cütlüklər (A-T və ya G-C) əvəzinə yanlış (“xarab G”-A) cütləri yaradır.

Hüceyrə bu səhvləri düzəldə bilir, çünki belə yanlış cütlükdən nukleotidi çıxarıb onu düzgün nukleotidlə əvəzləyən xüsusi fermentlər var. Lakin səhvlərin düzəldilməsi sistemi yalnız az sayda yanlış cütlərin öhdəsindən gəlir. Həmin cütlərin sayı artanda sistem hüceyrəni öldürür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir