Ema Ezizova

Aqressiv ailə modelləri

Baxış sayı: 602

Ailədə uşaqların aqressivliyinə səbəb olan amillər

 

Gəlin ilk öncə aqressiya haqqında məlumat verək. Aqressiya latınca “ aggressio” sözündən yaranıb  və mənası hücum  deməkdir. Aqressiya başqa şəxsə (fiziki və mənəvi ) zərər verə bilən hirs emosiyasıdır. Hər bir dövrdə  uşaqlıq, yeniyetməlik, gənclik dövrlərində aqressivliyi müşahidə edə bilərik. Hazırda uşaqlarda aqressivliyin artması ən aktual problemlərdən biridir. Məktəbəqədər yaşda aqressivliyi  öyrənmək xüsusilə vacibdir.

Uşaqların müəyyən yaş kateqoriyasında  aqressiya davranış forması kimi qorunub  saxlanılır, həm də inkisaf edərək  şəxsi  keyfiyyətinə çevrilir. Aqressiv uşaq təkcə  başqalarına yox, özünə də bir çox problem gətirir.

Uşaqlar davranışlarını bir çox mənbədən əldən edirlər.

1) Aqressiv davranışını nümayiş  etdirən və  onu  möhkəmləndirən  ailədir.

2) Həmyaşıdları ilə qarşılıqlı əlaqədə  aqressivliyi öyrənirlər, tez-tez oyunlar zamanı aqressiv davranışın zərərlərini öyrənirlər. Mən ən güclüyəm və mən hər şeyi edə bilərəm.

3) Uşaqlar aqressiv reaksiaları təkcə real nümunələrdən deyil, bədii çizgi filmlərinə baxaraq öyrənirlər. Hazırda televiziya  ekranlarında nümayiş etdirilən zorakılıq səhnələri izləyici və ilk növbədə uşaqların aqressivlik səviyyəsinin artmasına səbəb olur. Aqressiya qəzəbi və etirazı ifadə etmək  üsuludur. Qəzəb ikinci dərəcəli hissdir. Onun əsasında ağrı, alçaldılma, kin, qorxu dayanir ki, bu da öz növbəsində sevgi ehtiyyacının qane edilməməsindən və başqa bir insana ehtiyac  duyulmasından yaranır. Bu zaman uşaqlar böyüklərlə tez-tez mübahisə edirlər və onları qəsdən qıcıqlandırırlar. Səhv etdiyi hər hansı bir davranışa görə başqalarını günahlandırırlar. Tez-tez əsəbləşir və davalara əl atırlar.

Aqressiyanın  səbəbləri:

1) Həmyaşıdlarının diqqətini cəlb etmək.

2) İstədiyi əşyanı əldə etmək istəyi.

3) Qorunma və qisas.

Uşaq  ilkin  sosiallaşmaya məhz ailədə getdiyi  üçün  ailədə aqressiv davranış nümunələrini  formalaşdıran amillər üzərində dayanmaq  lazımdır. Ailənin uşağın həyatına təsiri var. Bir uşağın nümayis etdirdiyi davranışın əksəriyyəti həyatda yaşadıqları ilə birbaşa əlaqəlidir. Uşaqların ifadə etdiyi aqressiv davranışa valideynlik tərzi, ailənin davranışı eləcədə ailənin sosial-iqtisadi vəziyyəti təsir göstərir.

a) Valideynlərin uşağın onlara uyğun olmayan davranışına reaksiyası.

b) Valideynlər  və  uşaqlar arasında ümumi  münasibətin  uşaqlarda yaratdığı hər hansı  müsbət  və mənfi  emosiyalar.

c) Ailənin harmoniya və disharmoniya  səviyyəsi.

ç) Qardaş və bacı arasında sosial olan  münasibətlərin onlarda yaratdığı müsbət və  mənfi emosiyalar.

d) Uşağın valideynlərindən biri və ya  hər  ikisi  ilə  zəif  münasibətin olması.

e) Uşaqların ailədə özlərini dəyərsiz  hiss  etmələri.

ə)Hisslərinə qarşı biganəlik hiss etmələri.

f) Lazımi dəstəyin və onların həyatına marağın olmaması.

 

Aqressiv uşaqların ailələrinin xüsusiyyətləri:

Bəzən valideynlər öz övladları ilə emosianal bağlılıq qura bilmirlər. Ən əsasda ata-oğul  arasında emosianal bağlılıq məhv  olur. Valideynlər bir-biri  ilə düşmənçilik hissləri yaşayırlar. Atalar  tez-tez aqressiv davranış  nümayiş etdirirlər və övladlarının davranışlarında aqressiv meylləri təsviq  edirlər. Bəzən valideynlərin bir-birinə zidd olan  tərbiyyə modelləri, öz davranışları olur və  uşağa bir-birini təkzib edən tələblər qoyulur. Bir qayda  olaraq  çox  sərt  ata və  icazəli ana. Nəticədə  uşaq  ətraf  aləmə ötürülən itaətkar, müxalif davranış modeli inkişaf etdirir.  Belə  olduğu halda valideynlər uşaqlarına

  *Fiziki cəza

  *təhdidlər

  *imtiyazlardan məhrum  etmə

  *Uşaqların  tez-tez təcrid edilməsi

  *Sevgi  və qayğıdan məhrum edilməsi

Bu davranışlar uşaqları daha da aqressivedir. Bu zaman uşaqlar böyüklərlə tez-tez mübahisə edirlər və onları qəsdən qıcıqlandırırlar.Səhv etdiyi hər hansı bir davranışa görə başqalarını günahlandırırlar. Tez-tez əsəbləşir və davalara əl atırlar. Belə olan halda övladınızla elə münasibət qurun ki, o, sizinlə özünü sakit və inamlı hiss etsin. Uşağınızı dinləyin, onunla söhbət edin. Mümkün qədər çox vaxt keçirin. Ailə ilə birlikdə oyunlar oynayın, maraqlı filmə baxın, kitablar oxuyun, gəzməyə gedin.

Əgər çox əsəbi və streslisinizsə, o zaman siz : dərindən və yavaş nəfəs alın, 10 qədər sayın.

*Uşağa toxunmayın. Başqa bir otağa keçin.

*Səsinizin həcmini və tonunu azaldın.

*Qapını çırpmayın .

 

Əgər siz əsəbləşirsinizsə, uşaqlar sizin vəziyyətinizi bilməlidirlər. Onların başa düşəcəyi tərzdə deyə bilərik ki, “bağışlayın işdə çox yorulmuşam, günüm yaxşı keçməyib, pis -əhval ruhiyyədəyəm. Bir az dincəlim sonra səninlə oynayaram, söhbət edərəm.” Bu zaman övladınız sizi anlayacaq. Çünki övladlarınızı heç kim sizin qədər sevməyəcək.

Qoy övladlarınız həyatınızdakı mühüm rolunu hiss etsin.

 

Ema Əzizova

Psixoloq-pedaqoq




4 şərh “Aqressiv ailə modelləri

  1. Sənubər Ağayeva

    Müəllifin aydın və təsirli dili sayəsində aqressiv ailə modelləri haqqında geniş və dərindən məlumat əldə etdik. Yazının strukturlaşdırılmış şəkildə təqdim olunması oxucunu mövzu ilə yaxından tanış edir və başa düşülməsini asanlaşdırır. Təşəkkürlər müəllifə, bu qədər qiymətli və düşünülmüş bir mətn təqdim etdiyiniz üçün!”

    Cavabla
  2. Hüseyn Laçın

    Müəllif aqressiv ailə modellərinin müxtəlif aspektlərini çox peşəkarcasına izah edib. Məqalədəki misallar və təhlillər mövzunu daha yaxşı başa düşməyə kömək edir. Yazının akademik səviyyəsi və eyni zamanda əlçatan olması çox bəyənildi. Bu yazı əslində bu sahədəki elmi tədqiqatlar üçün əvəzsiz bir qaynaqdır.

    Cavabla
  3. Zamin Siyavuş

    Bu yazını oxumaq böyük bir zövqdür. Müəllifin aqressiv ailə modelləri ilə bağlı verdiyi məlumatlar, həmçinin verdiyi tövsiyələr çox faydalıdır. Yazının dili sadə və anlaşıqlıdır, eyni zamanda mövzunun ciddiliyini qoruyur. Məqalə çox yaxşı qurulub və düşünülmüşdür. Həqiqətən də müəllifin bu işi necə yüksək səviyyədə icra etdiyini hiss etmək olur.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir