Qadınların ən böyük sıxıntılarından biri də artıq çəkiləridir. Arıq və incə görünmək hər bir xanımın arzusudur. Əslində bu o qədər də çətin deyil. Gözəl və intimual görünmək üçün verməniz lazım olan 4-5 kilonuz varsa kiçik detallarla bunu bacara bilərsiniz. Paltar seçiminizdə, tərzinizdə edəcəyiniz dəyişikliklərlə olduğunuzdan çox daha zərif görünəcəksiniz.
Beləlikə, daha arıq və inci görünmək üçün geyimlə bağlı bir neçə məqamı sizə təqdim edirik:
Yüksək bel geyimlər
Yüksək bel şalvar və ya ətək geyindikdə olduğunuzdan daha arıq görünəcəksiniz. Üst paltarınızı bu geyimlərin içinə salmaqla həm xoş görüntü yaradacaqsınız, həm də artıq çəkilərinizi gözdən itirə biləcəksiniz. Ölçünüzün 34 və ya 44 olması vacib deyil, fərqi dərhal hiss edəcəksiniz.
Tünd rəngli geyimlər
“Qara rəng arıq göstərir” – hər bir qadın həyatında bir dəfə də olsun bu məsləhəti eşidir. Bu tövsiyəni verənlər çox da haqsız sayılmaz. Amma modada bu qədər çox gözəl rəng varkən hər gün qara rəngli geyinmək yaxşı fikir deyil. Arıq görünmək üçün təkcə qara geyinmək doğru sayılmaz. Buna görə, açıq rənglərin tünd çalarlarını geyinmək daha məqsədə uyğundur. Məsələn, ağ rəng yerinə, krem rəngli “t-shirt”ləri seçə bilərsiniz.
Ayaqqabı seçimi
Tutaq ki, özünüzə yaraşan paltar geyinmisiniz. Amma o paltara düzgün ayaqqabı geyinməkdə çətinlik çəkirsiniz. Çünki qadınların ən böyük problemi paltara uyğun ayaqqabı seçməkdir. Yanlış ayaqqabı seçimi ayaqlarınızı daha qısa, sizi isə kök göstərə bilər. Vacib deyil ki, hündür daban ayaqqabı geyinəsiniz. Məsələn, dəri və ipli babetlər sizi həm incə, həm də tərzli göstərəcək.
Bujiteriya
Bujiteriyalar həmişə yaxşı investisiyadır. Çünki, onlar həm geyimə dəyər qatır, həm də onu fərdiləşdirir. Hətta elə aksessuarlar var ki, sizin daha incə görünməyinizə şərait yarada bilər. Bunlara əsasən uzun sırğalar, sadə boyunbağılar aiddir. Boyunbağıların qısa olması daha məqsədə uyğundur. Onların dekolteni vurğulayacaq qədər uzun olması kifayətdir.
Düzgün gödəkçə seçimi
Az kilolu görünmək üçün düzgün gödəkçə seçimi çox vacibdir. Geyimə uyğun blazerlər belin daha incə görünməsinə imkan verir. Bundan əlavə, qutu kimi və qısa kəsimli gödəkçələr bədəni vurğulayan alt geyimlə daha arıq görünməyinizə şərait yaradacaq.