Kətan toxumunun sağlamlıq üçün böyük faydaları olduğunu hər kəs bilir. Omega-3 baxımından zəngin olan kətan toxumu ürək xəstəliklərindən qorumaqla yanaşı xərçəngin qarşısını almaq və arıqlamağı sürətləndirmək kimi özəllikləri də vardır. Kətan toxumu sağlam qidalanmaya təsir edir və iştahanı tox tutmaya kömək edir.
Bəs bu qədər faydası olan kətan toxumunu necə istifadə etmək lazımdır? “Gencaile.az” Aile.lent.az-a istinadən kətan toxumunun fərqli istifadə qaydalarını təqdim edir.
Qovrulmuş kətan toxumundan sirkə, zeytun yağı, limon və duz ilə sous hazırlayaraq salatlarınızda istifadə edə və pəhriz menyularınıza əlavə edə bilərsiniz.
Dənə-dənə və üyüdülmüş formada gündə maksimum 2 çay qaşığı kətan toxunumu bol su ilə içə bilərsiniz.
Əgər kətan toxumunu dənə-dənə qəbul edə bilmirsinizsə, yemək və şirniyyatlarınıza qata bilərsiniz. Plov, şorba, kabab və s. kimi müxtəlif yeməklərin üzərinə də kətan toxumu əlavə etmək olar.
Xəmirdən hazırlanan şirniyyatların xəmirinə kətan toxumu da daxil edin. Yumurtanın alternativi olan kətan toxumu xüsusən də yumurtaya qarşı allergiyası olan insanlar və vegeterianlar üçün yaxşı vasitədir. Yeməyə daxil etdiyiniz yumurta yerinə kətan toxumu əlavə edin və səhərlər yeyin.