ariqlamaq

Arıqlamağın qarşısını alan 6 BÖYÜK SƏHV

Baxış sayı: 1. 194

Sağlam və gümrah görünmək arzusu kimi müxtəlif səbəblər insanları pəhriz saxlamağa məcbur edir.

Lakin pəhriz saxlayan insanlar nə qədər diqqət etsələr də istədikləri çəkini heç cürə əldə edə bilmirlər.

“Gencaile.az” çəki atmağın qarşısını alan vərdişləri və bunları aradan qaldırmaq istiqamətində bəzi tədbirlərin siyahısını təqdim edir:

 

1)  Şəkəri azaldın

Şəkərdən çoxlu istifadə çəkini azaltmağa almağa təsir edən əsas amillərdəndir. Bədən artıq qəbul etdiyi şəkəri yağ hüceyrəsi olaraq saxlayır.

Şokolad və peçenye yeməsəniz və bunların yerinə bal və ya quru meyvələrdən istifadə etsəniz belə aldığınız şəkərin miqdarı çox daha yüksək ola bilər.

Əslində istənilən halda pəhriz saxlayanlar üçün şəkər əsla qəbul olunmaması lazım olan qida maddələrinin başında durur.

Bunun qarşısını almaq üçün şəkərə nəzarət edərək pəhrizin qeydiyyatını aparın. Hər gün aldığınız şəkərin miqdarını azaltmağa çalışın.

 

2) Hərəkət edin

Həftədə bir neçə dəfə idman hərəkətləri etməyinizə baxmayaraq hələ də çəkinizi azalda bilmirsinizsə, o zaman günün qalan hissəsində nələr etdiyinizə diqqət yetirmək lazımdır.

Aparılan araşdırmalar insanların 80 faizinin təklif edilən idman hərəkətlərinin həftədə 5 gün.ən azı 30 dəqiqə hədəfini yerinə yetirmədiyini müəyyən edib.

Həyatınızın hər anına idman hərəkətləri daxil etməyiniz lazımdır.

Bunun üçün pilləkənləri çıxmaq, işə velosipedlə getmək və ya avtomobili gedəcəyiniz yerdən uzaqda saxlamaqla sadə tədbirlər görə bilərsiniz.

Maddələr mübadiləsini sürətləndirmək üçün bu tədbirlər vacibdir.

 

3) Qidaları yaxşı çeynəyin

İnsanların 60 faizi isə beş dəqiqə içində yemək yeyərək sürətlə davam edən gündəlik həyat tərzinin sürətindən geri qalmamağa çalışırlar.

Araşdırmalar həmçinin, televizora baxarkən diqqət başqa yerdə olduğuna görə, qidaların kifayət qədər çeynənmədən udulduğunu müəyyən edib.

Yaxşı həzm olunmayan qidalar iştaha nəzarət edən hormonların da yaxşı fəaliyyət göstərməməsinə səbəb olur.

Qidaları daha üzun müddət çeynəməyə cəhd etmək lazımdır, dostlarınızla yemək yeyərkən yeməyi hər kəsdən sonra bitirməyi hədəfə alın.

 

4) Faydalı da olsa, bəzi qidalardan daha az istifadə edin

Pəhrizdə olarkən məlumdur ki, müəyyən qidalardan böyük ehtimalla imtina etdiniz və onun yerinə daha sağlam qidaları yeməyə başladınız.

Lakin daha çox sağlam qidalardan istifadə də pəhrizin istənilən nəticəni verməsinin qarşısını ala bilər.

Quru yemiş və paxlalı kimi qidaların böyük hissəsi qidalandırıcı olmasına baxmayaraq tərkibindəki kalori səbəbiylə sizi hədəfinizdən uzaqlaşdıra bilər.

Qoz, badam və fındıq kimi qidaları ara vaxtlarda az miqdardə qəbul edərək həm pəhrizinizi qoruya bilərsiniz, həm də vücudunuza lazım olan qida elementlərini ala bilərsiniz.

 

5) Kifayət qədər yuxu

Mütəxəssislər pəhriz zamanı kifayət qədər yatmağın əhəmiyyət daşıdığını vurğulayıblar.

Narahat bir gecədən sonra vücudun karbohidrata və şəkərə olan ehtiyacının artdığı, həddən artıq yorğun olduqda isə beynin şəkər almaq üçün xəbərdarlıq göndərdiyi ifadə edilir.

Yuxu bundan başqa hormonları da tənzimləmək səbəbiylə pəhrizdəki uğurlu nəticəyə birbaşa təsir edir.

Yuxunuzu daha yaxşı almaq üçün bir proqram tərtib edin və buna sadiq qalın. Hər gün eyni saatda yatmağa və oyanmağa cəhd göstərin.

 

6) Stressdən uzaq olun

İnsanların gərgin iş rejimi və gündəlik həyatda qarşılaşdıqları problemlər üzündən stress keçirmələri, pəhriz saxlayan insanların müsbət nəticələr əldə etməsinə mane olan bir başqa amildir.

Vücudunuz stressdə olduğu zaman ifraz etdiyi hormonlar sizi şəkər almağa sürükləyə bilər.

Yoga kimi sakitləşdirici təsiri olan fəaliyyətlərdən istifadə etməyə çalışın. Banan yeyərək stressli vaxtlarda qan şəkərinizi tənzimləyə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir