Bir insanın yemək yemə tezliyi, harada yemək yediyi, yeməyin miqdarı, yemək yediyi zaman olan əhvalı və etdiyi hərəkətlər onun üçün çəki atma baxımından vacibdir. Yeməkdən qabaq və sonra necə bir psixoloji vəziyyət aldığı da böyük əhəmiyyətə malikdir.
Çəkisi çox olan insanların kefsiz və əsəbi olduğu vaxtlarda çox yemək yediyi məlum məsələdir. Bu qazanılmış bir vərdişdir və məqsəd neqativ vəziyyəti, yəni sıxıntını bu yolla düzəltməkdir. Xoşbəxt və şən vaxtlarında isə bu vəziyyət tam əksinədir.
Sıxıntı keçirərkən çox qidalanan insanların psixoloji dəstək alması yaxşı olar. Çünki onların qidalanma vərdişlərini dəyişdirməsi vacibdir. Yüksək çəkili insanların 30%i bu cür hərəkət edir və bunun nizama salınması arıqlamanın başlanğıcı hesab oluna bilər.
Çox miqdarda su için
Ölkəmizdə ən vacib problemlərdən biri su içmək vərdişinin olmamasıdır. Sağlam bir həyat üçün gündə ən az 2-2.5 litr su içmək lazımdır. Lazımi qədər su içən insanlar arasında yüksək çəkili insanlara daha az rast gəlinir və yaşlanmanın qarşısı alınır.
Qidasız insan həyatını davam etdirə bildiyi halda, susuz bir neçə gündən çox yaşamaq mümkün deyil. İçilən su qidaların həzmini asanlaşdırmaqla yanaşı, bədən temperaturunu da nəzarətdə saxlayır, oynaqların sürüşkənliyini təmin edir, dərini gözəlləşdirir və bədəndəki ziyanlı maddələrin atılmasına kömək edir.
Hər gün nəcis və tərlə itirdiyimiz suyun geri alınması lazım gəlir. Bədən susuz qaldıqda biz bunu susayaraq başa düşürük. Bədənimizdə 1-2% su itkisi olduğu zaman susamağa başlayırıq və su içirik. Hava isti olduqda və ya idmanla məşğul olduqda su ehtiyacımız artır. Yaşlandıqca susuzluq və susama mexanizmi daha az işləyir. Bu səbəbdən də yaşlılar suyu davamlı şəkildə içməlidir.
Yuxunun vacibliyi
Yuxusuzluq qida qəbulunu artırır. Buna görə də yaxşı yatmağa çalışın. Yuxudan əvvəl, hətta günortadan sonra kofe və kola kimi kofeinli içkilər içməyin. Yuxusuzluq insanı əsəbi, küsəyən insana çevirir və diqqətini işinə verməsini çətinləşdirir.
Qida alarkən bunlara diqqət edin:
Bazarlığa tox halda gedin.
Birinci meyvə və tərəvəzlərdən başlayın.
Yeməməli olduğunuz şeyləri almayın.
Bir siyahı tutun.
Kalorisi aşağı olan şeylər alın.
Aldığınız qidaların etiketlərindəki qida dəyəri cədvəllərini oxuyun.
Sosiska, kolbasa, mürəbbə, keks və ağ çörək almayın.