pehriz

Arıqlamaq istəyənlər diqqətlə oxusun!

Baxış sayı: 2. 450

Arıqlayıb gözəl bədən quruluşuna sahib olmaq üçün pəhriz də önəmlidir. Ancaq kor-koranə pəhriz saxlamaqdansa, pəhrizin önəmli sirlərini də bilməlisiz. “Gencaile.az” “Ailem.az”a istinadən pəhriz saxlayarkən bilməli olduğunuz 30 sirri təqdim edir.

1. Badam yeyin. Mütəxəssislər pəhriz saxlayarkən az miqdarda badam və qoz yemənin faydalı olduğunu deyir. Yəni ara yeməklərdə könlünüz bir şeylər istədiyində qorxmadan qoz, fındıq, badam yeyə bilərsiz.

2. Yağ və karbohidratları bir-birinə qarışdırmayın.

3. Ac qalmayın. Hər gün eyni miqdarda kalori qəbul etsəniz, daha az aclıq hiss edərsiz. Bir gün çox yeyib, o biri gün ac qalsanız, özünüzü doymuş hiss etməzsiz.

4. Özünüzə arıq dostlar seçin. Haqsızlıq kimi qəbul edilə bilər, ancaq arıq qalmaq üçün arıq dostlarınız olmalıdır. Obezite yoluxucu hesab olunur.

5. Yemək qutularının üzərindəki “az duzlu, az kalorili” sözlər siz aldatmasın. Bu yeməklərin sizə uyğun olub olmadığını bilmək üçün tərkibinə diqqət edib sonra almalısız.

6. Protein yağ yanmasına kömək edir. Buna görə bol protein qəbul edin.

7. İdman hərəkətlərində dəyişiklik edin. Özünüzü stressli və üzüntülü hiss etdiyiniz zaman hormon dəyişikliyi yaşanar və qan şəkəriniz düşər. Şirniyyat yerinə idman etməklə qan şəkər səviyyəsini artıra bilərsiz. Yoqa kimi yüngül idman hərəkətləri edin.

8. Düşüncələrinizi dəyişdirin. Bədəninizdən razı olmamaq kimi mənfi düşüncələi tərgidib müsbət düşünməniz pis vərdişlərdən də sizi uzaqlaşdıracaq. Yerə uzanıb ayaqlarınızı yuxarı qaldıraraq “Çox yaxşı hiss edirəm!” deyə bağırmaq da müsbət təsir edəcək.

9. Gün ərzində yediklərinizi unutmayın. Hansının neçə kalori olduğunu bilmək üçün kağıza yazın.

10. Ağırlıq idmanı edin. Çox qadın bu idmanın Arnold Şvartsneger kimi yoğun əzələlərə səbəb olacağını düşünür. Ancaq yanlış düşüncədir. Sadəcə maddələr mübadiləsini hərəkətə keçirər.

11. Dostlarınızla restoranda yemək yeyəcəksizsə, ilk sifarışı siz verin. Çünki onların seçdikləri ağlınızı qarışdıra bilər.

12. Pəhriz içkilərindən vaz keçin. Uzun müddətli pəhiz zamanı bu içkilər kilo aldırar.

13. Gündə səkkiz stəkan su içmək sizi tox tutar.

14. “Beş qaydası”na əməl. Gündə beş dəfə beş fərqli yemək yeyin. Karbohidrat, protein tərkibli olub qlisemik indeksləri aşağı olmalıdır.

15. Yuxusuz qalsanız, ac hiss edər və 6 saatdan daha az yatsanız, obez olma riskiniz yüzdə 27 nisbətdə artar.

16. Kalori miqdarını azaldın. Şirniyyat yerinə quru meyvələr, kalorili içkilər yerinə su içməlisiz. Qızartma yerinə kotlet, toyuq, balıq və bol tərəvəz yeyin.

17. Pəhriz zamanı sizə enerji verəcək hindistan qozuna çox ehtiyacınız olacaq.

18. Hər zaman yanınızda bir stəkan qreyfrut suyu olsun. Yağları yandırır, sinirləri hərəkətə keçirir.

19. Yeməyin dörddə birini, yarısını yeyib 20  dəqiqə gözləyin. Doymasanız, davam edə bilərsiz.

20. Səhərlər çox yeyin.

21. Yeməklərdən öncə azca sirkə içmək iştahanı kəsər.

22. Sadəcə kardiovaskular idman hərəkətlərlə deyil, həftədə bir dəfə velosiped sürməklə, üzməklə daha tez arıqlaya bilərsiz.

23. İdmana gedərkən tək deyil, qrup içində olmaq daha yaxşı hiss elətdirər.

24. Menstruasiyadan iki həftə öncəsi daha tez yağ yandıra biləcəyiniz zamandır.

25. Özünüzü inandırın, “əgər arıqlasam nə olacaq?, həyatımda nə dəyişəcək?” kimi suallar verin.

26. Könlünüz bir şeylər istədiyinidə kalorilidirsə, yerinə alternativlər tapın. Banan yerinə alma yeyin.

27. Yeməyin çox qoxulu olması iştahanızı əngəlləyır.

28. Hər gün ən az iki dəfə süd, ya süd məhsulları yeyin.

29. Yediklərinizi düşmən olaraq görməyin.

30. Boş durmaq acmanıza səbəb olar. Buna görə əlləriniz məşğul olsun. Məşğuliyyət olaraq bir şeylər tapın.

 




1 şərh “Arıqlamaq istəyənlər diqqətlə oxusun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir