Arıqlamaq üçün pəhriz saxlayanlar bol-bol alma yeməlidirlər. Bir çox ölkələrdə aparılan araşdırmalar alma şirəsinin virusları 100% məhv etdiyini ortaya çıxarıb. Almanı qabığı ilə yemək lazımdır. Çünki xolesterini azaldan pektin maddəsi ən çox almanın qabığında olur. Gündə 2-3 alma və 2 yerkökü yemək xolesterini 10% azaldır. Xolesterinin miqdarını azaldan alma eyni zamanda özündə C vitamini ilə pektini birləşdirdiyi üçün çox təsirlidir.
– Qan təzyiqini aşağı salır. Təzyiqi salmaq üçün hətta almanı iyləmək belə kifayətdir.
– Gözəl ətri sayəsində damarlar genişlənir, insan rahatlandığını hiss edir.
– Bədəndəki artıq asitləri yox edir.
– Revmatizm xəstəliyi üçün faydalıdır.
– Xərçəngə tutulma riskini azaldır.
– Sarılıq xəstəliyinə xeyirlidir.
– Dəri dəyişiklərinə faydalıdır.
– Ağ ciyər və öd kisəsi xəstəliklərinə yaxşı təsir göstərir.
– Ürək damarlarını möhkəmləndirir.
– Tərkibində yüksək miqdarda şəkər olmasına baxmayaraq, qanda şəkəri artırmır.