“HAPIfork” çəngəli datçiklərlə təchiz edilib. Datçiklər çəngəlin sahibinin ağız boşluğuna hansı sürət və tezliklə aparılmasını müəyyənləşdirir. “Ağıllı” çəngəl sizin normadan artıq qida qəbul etdiyinizi hiss edən kimi titrəməyə başlayır. “HAPIfork” yemək vərdişləriniz haqqında məlumatları “ağıllı” telefon və ya kompüterə ötürür. Cihaz, həm də arıqlama prosesinə nəzarət edərək sizə bu istiqamətdə hər hansı irəliləyiş olub-olmadığı haqqında bildirəcək.
Bundan başqa, proqram, həmçinin sizə öz arıqlama planınızı tərtib etməkdə yardımçı olacaq. Öz nəticələrinizi hətta istənilən sosial şəbəkədə paylaşa bilərsiniz (müəyyən sazlamaları etməklə çəngəl bu prosesi avtomatik şəkildə həyata keçirə bilər). “HAPIfork” çəngəlinin USB kabellə versiyası 100 dollara başa gələcək.