armud kotleti

“Armud” kotleti necə hazırlanır?

Baxış sayı: 624

Tərkibi (8 ədəd):

8 ədəd kiçik badımcan

1 ədəd toyuq döşü

1 ədəd bişmiş kartof

2 dilim boyat çörək

1 yumurta

duz

istiot

4 pomidor

2 x.q. kərə yağı

 

Hazırlanması:

Badımcanların saplağını kəsmədən qabığını soyub duzlu suya qoyun. Bir qədər sonra suyunu sıxıb qaynar yağda qovurun.

Toyuğun döş ətini blenderdə xırdalayın. Suda bişmiş kartofu sürtgəcdən keçirin. Çörək içini suda isladın, sıxın. Yumurta, duz, istiot da əlavə edib hamısını yoğurun.

Alınan qarışığı 8 hissəyə bölün. Hər hissəni kündələyin, əlinizdə yastılayın. Badımcanı içinə qoyun, saplağı bayırda qalmaq şərtilə bükün. Bol, qaynar yağda qızardın.

Pomidorları sürtgəcdən keçirin (ya da blenderdə xırdalayın), kərə yağı ilə suyu çəkilənə qədər bişirin. Siniyə pomidor sousunu yayın. “Armud” kotletləri üstünə düzün, 200 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Süfrəyə isti-isti verin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir