idman

Artıq çəkidən qurtulmağın 10 ASAN YOLU

Baxış sayı: 1. 567

Mütəxəssislər bildirir ki, qidalanmada dəyişiklik edərək, həftədə yarım kilo çəki atmaq olar. “Gencaile.az”Aile.lent.az-a istinadən artıq çəkidən azad olub sağlam həyata qovuşmağın 10 addımı ilə sizi tanış edir.

1. Qazlı və şəkərli içkilərdən dərhal imtina edin. Bir şüşədə 150-170 kalori olur və həmçinin qidalandırıcı da deyil. Bunun əvəzinə bir stəkan su için.

2. Piyada yeriyin. Gündə 2 dəfə 15 dəqiqə piyada gəzməklə ayda yarım kilo arıqlaya bilərsiniz.

3. Çips yerinə partlamış qarğıdalı yeyin. Popkorna nisbətən bir paket çipsidə 10 dəfə  daha çox yağ və 60 kalori var. Yalnız bu dəyişiklik belə, sizə ayda 250 qram itirməyə kömək edər. Hətta kök yesəniz, 250 qram da arıqlayarsınız.

4. 700 kalorisi olan orta ölçülü hamburger yerinə, 400 kalorilik kiçik hamburger seçin. Hətta mayonezdən də qaçın. Bu seçim ayda 250 qram daha az çəki deməkdir.

5. Velosipedə minin. Televiziya qarşısında saatlarla oturmaq əvəzinə velotrenajora minib pedal fırlayın. Beləliklə, 200 kalori yandırmış olarsınız. Həftədə 5 dəfə sevdiyiniz serialın  qarşısında 20 dəqiqə pedal çevirərək, ayda yarım kilo verə bilərsiniz.

6. Şirin yulaf əvəzinə kəpəkli olanını seçin. Hətta şirinləşdirmək üçün içinə kişmiş qatın (bu da 70 kalori və də ayda 250 qram çəki atmaq deməkdir).

7. Çörəyinizə yağ sürtürsünüzmü? Bəs ton balığına mayonez necə? Tam yağlı süd içirsiniz? Dondurmanın tam yağlı süddən olanına üstünlük verirsiniz? Elədirsə, istifadə etdiyiniz məhsulların markalarını dəyişdirin və yağsız olanları seçin. Beləliklə, ağzınızın dadını korlamadan bir qaşıqda 75 kalori qəbul edərsiniz. Pəhriz məhsullarına keçməklə ayda 1 kilodan xilas olarsınız.

8. Hava çox gözəldir. Avtomobilinizi özünüz yumaq istərdinizmi? Həm çəkinizi azaldar, həm də pulunuza qənaət etmiş olarsınız.

9. Yağda qızarmış toyuq əvəzinə manqalda bişmiş toyuq yeyin. Dərisi çıxarılmış, qaynadılmış və ya bişmiş toyuq hər zaman daha yaxşı bir seçimdir. Belə ki, əlavə 200 kalori də almarsınız.

10. Qəhvəyə diqqət edin. Kremli qəhvə əvəzinə yağsız darçınlı kapuçino seçin. Ayda təxminən 1,5 kilo vermiş olarsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir