ICKI

Artıq çəkini azaldan təbii İÇKİ RESEPTİ

Baxış sayı: 757

Orqanizm üçün faydalı olan, eləcə də artıq çəkidən azad olmağa kömək edən, uzun zaman tox saxlayan, amma az kalorili qidalar, içkilərlə bağlı axtarışlar daim davam edir. Bütün bunlar Ramazan ayında daha çox aktuallıq kəsb edir.

Ümumi cərrah, sağlam qidalanma üzrə mütəxəssis Vəfa Paşazadə sosial şəbəkədə orqanizm üçün faydalı olan, artıq çəkinin azalmasına kömək edəcək təbii içki resepti açıqlayıb. Bunun üçün 1 stəkan təbii süd, 1 çay qaşığı darçın, 1 çay qaşığı kakao, 1 çay qaşığı qəhvə, 1 ədəd mixək lazımdır.

Hazırlanma qaydası:

Bütün məhsulları südün üzərinə əlavə edib qarışdırmaq, qəhvə bişirilən qabda zəif istilikdə, qazın üstündə yavaş-yavaş qarışdıraraq, köpüklənənə qədər bişirmək lazımdır. Dietoloq bunu möcüzəvi içki kimi təqdim edib: “İlıq halda çox az miqdarda bal əlavə edib, iftardan 2 saat sonra qəbul edin. İnanın, ümümiyyətlə, aclıq hiss etməyəcəksiniz, bütün şişkinliyiniz keçəcək, özünüzü daha rahat və yüngül hiss edeceksiniz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir