Nermine Abbasova

Artıq çəkisi olanların diqqətinə: Sellülit xəstəlikdir, yoxsa?

Baxış sayı: 562

Qadınların əksəriyyətində sellülit probleminə rast gəlinir. Sellülit  dəri səthində girintili-çıxıntılı portağal qabığına bənzər görünüş yaradan estetik qüsurdur.

Mövzumuzdan da bəlli olduğu kimi, bu dəfə sellülit xəstəliyindən bəhs edəcəyik. Beləliklə,  oxucularımızı MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova məlumatlandırır.

Nərminə Abbasova bildirdi ki, dəri səthində girintili-çıxıntılı portağal qabığına bənzər görünüş yaradan estetik qüsura adətən bud, sağrı və qarın nahiyəsində təsadüf olunur. Onun sözlərinə görə, bu zaman dərinin dərin qatlarında ifrat dərəcədə piy hüceyrələri toplanır:

 

 

“Dəridə portağal qabığı görüntüsü – lokal mübadilə pozğunluğudur. Böyümüş piy hüceyrələri şişkinliklər əmələ gətirir, dəridəki sıx arakəsməni büzərək çuxurlara səbəb olur. Beləliklə, nahamar görüntü ortaya çıxır. Tibb ədəbiyyatlarında sellülit lipodistrofiya və ya adipoz ödem kimi adlandırılır. Qeyd edim ki, Lipodistrofiya xəstəliyi bədənin aşağı hissəsində piyin normal və ya həddən artıq yığılması və yuxarı hissəsində dərialtı piy qatının artofiyasının olması ilə səciyyəvidir. Lipodistrofiya zamanı xəstələr artıq çəkidən şikayət edirlər. Onu da deyim ki, bu xəstəlik zamanı çəkinin artmasının qida qəbulu ilə olması öz təsdiqini tapmayıb”.

Həkim deyir ki, bəzən piy distrofiyası prosesinə baş, boyun, qollar, döş qəfəsi də cəlb ola bilir. Bu cür piylənməyə əsasən qadınlar arasında rast gəlinir:

 

 

“Xəstəliyin gedişi ləng olur. Çox vaxt lipodistrofiya dəridə trofik pozulmalar, mülayim vegetativ damar və endokrin pozulmalarla müşayiət edilir. Xəstələrin əksəriyyətində emosional-nevrotik pozulmalar qeyd olunur”.

Bəs Sellülit nədən yaranır? Bu sual hər bir həddən artıq çəkisi olan insanların özünü daha çox maraqlandırır. Amma bəzən çox da kök olmayan insanlarda da sellülitə rast gəlinir. Ailə həkimimiz artıq çəkidən başqa nədənlərin qaçılmaz olduğunu vurğuladı:

“Sellülit başqa sözlə, “portağal qabığı” piy toxumalarının yığılmasının nəticəsidir. Oturaq həyat, düzgün qidalanmamaq bunun yaranmasına səbəb olur. Piy hüceyrələri böyüyür, dəri elastikliyini itirir, rəngi solğunlaşır. Lakin sellülitlə mübarizə aparmaq mümkündür. Bunun üçün hər gün, yaxud da bir gündən bir sellülit əleyhinə massaj edilə bilər. Eyni zamanda, problemli zonalara antisellülit vasitəsi çəkmək olar. Sellülit problemi yaşayanlar özləri də əlcək geyinərək problemli hissələri 5-10 dəqiqə massaj edə bilər. Amma bütün bunlarla yanaşı mütləq həkim müayinəsi, müalicəsi vacibdir”.

Nərminə xanım selülitin səbəbləri və risk faktorlarına da diqqət çəkdi. O, bu sıralamalarda genetik meyl, hormonal dəyişikliklər, yaşlanma, yanlış qidalanma, oturaq həyat tərzi, siqaret çəkmək və dərinin zədələnməsini qeyd etdi:

“Genetik faktorlar selülit riskini artıra bilər. Hormonal dəyişikliklər, xüsusilə estrogenin təsiri, selülitin əmələ gəlməsinə təsir edə bilər. Yaşlandıqca dərinin elastikliyi azalır və selülit əmələ gəlmə ehtimalı artır. Balanssız qidalanma da piylənməyə və selülit əmələ gəlməsinə səbəb ola bilər. Eyni zamanda, oturaq həyat tərzi, daimi idman etməmək, uzun müddət oturmaq və ya ayaq üstə durmaq selülit riskini artıra bilər. Siqaret çəkənlərə də demək istərdim ki, siqaret dərinin qan dövranına təsir edərək selülit əmələ gəlməsini artıra bilər. Dəridəki kəsiklər, çatlar və ya yaralar bakteriyaların dəriyə daxil olmasına səbəb olar ki, bu da selülitin əmələ gəlməsinə səbəb ola bilər”.

 

Selülitin müalicəsinə gəlincə, ailə həkimimiz bildirdi ki, selülit adətən evdə qulluq və həyat tərzi dəyişiklikləri ilə idarə oluna bilər, lakin mütərəqqi və ya ağır hallarda həkimə müraciət etmək vacibdir. Onun sözlərinə görə, müalicə seçimlərinə məşq, sağlam pəhriz, nəmləndirmə, dəriyə qulluq daxil ola bilər:

“Daimi məşq yağ yandırmasını artıraraq sellülitin azalmasına kömək edə bilər. Balanslı və sağlam pəhriz də yağ ehtiyatlarını azaltmağa və sellülitin azaldılmasına kömək edə bilər. Bol su içmək isə dərinin elastikliyini artıra və sellülit əmələ gəlməsini azalda bilər. Dəriyə müntəzəm olaraq nəmləndirici kremdən istifadə etmək və dərini masaj etmək sellülitin görünüşünü azalda bilər.

Tibbi müalicələrə gəlincə, lazer terapiyası, radiotezlik terapiyası, masaj, vakuum terapiyası və limfa drenajı kimi tibbi müalicələr sellülitin görünüşünü azaltmağa kömək edə bilər. Sellülitin qarşısının alınması və müalicəsi üçün ən təsirli yanaşma sağlam həyat tərzi sürmək və müntəzəm dəriyə qulluq etməkdir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir