Bütün tibb dünyasının səbrsizliklə gözlədiyi o hadisə çox yaxın zamanda həyata keçəcək.
“Gencaile.az” xəbər verir ki, artıq kişilər dünyaya uşaq gətirə biləcəklər.
İngiltərədə yaşayan Hayden Kros qadın olaraq dünyaya gəlib. 15 yaşından sonra cinsiyyətini dəyişdirməyə qərar verib və bunun üçün müalicələr almağa başlayıb. Yumurtalıqlarını donduran Haydendə bir müddət sonra ana olmaq istəyi baş qaldırıb. Bunun üçün o, Feysbuk üzərindən sperma donoru tapıb və hamilə qalmaq üçün müalicə alıb.
Hal-hazırda 4 aylıq hamilə olan Hayden ilk hamilə kişi kimi İngiltərə tarixinə düşüb.
Yavaş-yavaş bəlli olmağa başlayan qarnı ilə qürur duyan 20 yaşlı ata “dünyanın ən yaxşı atası olacam” deyib.
Hayden Krosun 15 yaşından bəri keçdiyi bütün mərhələləri diqqətli bir şəkildə izləyən həkimlər kişi cinsində dünyaya gələn insanların da hamilə qala biləcəyini açıqlayıblar.