Kiməsə aşiq olmusunuzsa və qarşı tərəfin sizi sevib-sevmədiyini bilmək istəyirsinizsə, aşağıdakı testlə bunu aydınlaşdıra bilərsiniz. Düzdür, bununla hissləri dəqiq öyrənmək mümkün olmayacaq, amma müəyyən qənaətə gəlmək olar.
TEST -1
Onu vərəqə sizin adınızdan nəsə yazmağa məcbur edin. Məsələn, sizin iş yoldaşınız və ya rəfiqəniz üçün təbrik məktubu yazmağını xahiş edin.
* Əgər onun yazdığı təbrik məktubuda sözlər bir-birinə yaxındırsa və məktub səliqə ilə yazılıbsa, o zaman siz eyni fikirli, eyni düşüncə tərzinı malik adamlarsınız. Sizdən yaxşı dost olar.
* Əgər yazılan məktubda sizin adınız xırda və əyri xəttlərlə yazılıbas, o zaman deməli, o sizinlə yanlız sekslə məşğul olmaq üçün görüşür.
* Məktubda öz adını səliqə ilə, sizin adınızı isə pis xətlə yazıbsa, deməli, o zaman o heç vaxt sizi sevməyib və sevməyəcək.
* Əgər yazıda sizin adınızı iri hərflərlə yazıbsa, deməli, sizi ürəkdən sevir və sizə sadiqdir.
TEST – 2
O öz tanışlarının arasında dayanarkən sizi gördükdə nə edər?
* Əgər sizi görməməzdən gələrsə, o zaman sizinlə əlaqələrini kəsmək istəyir.
* Ayaqlarını oynadarsa, özünü məşğul göstərəsə, deməli, onun yeganə məqsədi sizinlə yatmaqdır.
* Əgər o əllərini sinəsinin üstünə qoyaraq dayanarsa, sizinlə görüşmək onun üçün xoşdur.
* Əllərini qaldıraraq sizə salam verir və yaxınlaşdıqda qolunuzdan və ya əlinizdən tutarsa, deməli, sizi ürəkdən sevir.
TEST – 3
Sizinlə bir yerdə şəkil çəkdirməyini xahiş edin və şəkildə necə durduğuna diqqət yetirin.
* Şəkil çəkdirdiyiniz zaman əgər çiyninizdən qucaqlayırsa, deməli, sizi dost kimi sevir.
* Çiynizizə yüngül toxunursa, o zaman sizə toxunmaqdan qorxur.
* Əgər saçlarınıza toxunaraq şəkil çəkdirirsə, sizi əldə etmək istəyir.
* Əgər sizə toxunmadan şəkil çəkdirisə, deməli, sizdən uzaq durmaq istəyir.
* Əgər şəkil çəkdirərkən əllərini sizin budunuza və ya bel hissənizə toxundurarsa, deməli, ilk fürsətdə sizi yatağa çəkmək istəyir.