bosanma

Ata-anası ayrılan uşaqlar hansı hissləri keçirir?

Baxış sayı: 1. 151

Hər şeydən əvvəl deyək ki, boşanmış bir ailənin uşağı olmaq o qədər də asan deyil. Valideynlər bu məsələdə nə qədər çox həssaslıq göstərsələr, boşanmanın uşaqda buraxacağı izlər də o qədər az olar. Ancaq bütün hallarda ideal nəticədən söhbət gedə bilməz. Çünki ata da, ana da uşaq üçün iki təməl daşıdır. Uşaq onlara inanır, onlara güvənir və özünü daha güclü və daha təhlükəsiz hiss edir. Bu təməlin uçması isə uşaqda anlaşılmaz hisslərin meydana gəlməsinə səbəb olur. Bu dövrdə uşağın nələr hiss etdiyini bilmək, onunla necə dil tapmağımıza kömək edər. Nəticədə, boşanmanın uşaqda buraxacağı izlər də xeyli azalar. Elə isə ata-anası ayrılan bir uşaq hansı hissləri keçirir?

1) Boşanma nəticəsində uşaq sanki boşluğa düşür. O, ilk növbədə, nə baş verdiyini anlamağa çalışır. Və təbii ki, vəziyyəti izah etməkdə çətinlik çəkir.

2)Təbii olaraq, uşağın əsəbləri gərginləşir. Bəzən o bunu nifrət, bəzən də qəzəb hissləri ilə büruzə verir. Belə uşaqların aqressivləşməsi də təbiidir.

3) Uşaq get-gedə günahkar axtarmağa başlayır. Ona görə günahkar ya atası, ya anası, ya da özüdür. Bu isə uşaqda tədricən depressiyanın baş qaldırmasına səbəb olur.

4) Bu dövrdəki ən təhlükəli məqamlardan biri də inamla bağlıdır. Belə ki, bu dövrdə uşağın təkcə özünə yox, ətrafındakılara da inamı azalır.

bosanma

5) Gələcəyi üçün narahat olmağa başlayır. Uşağı daha çox “İndi mən necə olacağam?”, “İndi mən kiminlə yaşayacağam?” “Bir daha ata-anamı görə biləcəyəmmi?” və s. kimi suallar narahat edir.

6) Uşaq tədricən tənhalıq hiss etməyə başlayır. Bu isə tədricən onun özünə qapılmasına səbəb olur. Hətta, bu halda uşaqların insanları sevməməsi də təbiidir.

7) Ətrafında baş verən hadisələr də onu xoşbəxt etmək üçün kifayət etmir. Və nəticədə, belə uşaqlar özlərini daha çox xoşbəxt yox, bədbəxt hiss edir.

8) Boşanan ailələrin uşaqlarının vəziyyətlə barışmaq istəməməsi də təbiidir. Bu dövrdə uşaq nəinki bu vəziyyətlə barışmır, hətta ata-anasını birləşdirməyə çalışır.

9) Başqa bir məsələ isə uşağın hisslərini gizləməsi ilə bağlıdır. Belə ki, uşaq hisslərini ətrafındakılarla bölüşmək istəmir. Hətta, bəzən bunun üçün yalana belə əl atır.

10) Belə uşaqlarda yetkinlik dövründə də problemlərin olması təbiidir. Hər şeydən əvvəl, yetkinlik dövründə belə uşaqlarda utancaqlıq hissi müşahidə olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir