Aliment

Ata uşaqdan imtina etdikdə nə etməli?

Baxış sayı: 1. 115

Azərbaycanda uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının müdafiəsini məhkəmə, prokurorluq və icra hakimiyyəti orqanları təmin etməli, fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Lakin bunun üçün ilk növbədə uşağın mənşəyinin və valideynlərinin təsdiq olunması zəruridir. Belə ki, rəsmi nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Bunun üçün valideynlərin hər hansı formada ərizə ilə razılıq vermələrinə ehtiyac yoxdur. Hətta uşaq nikahın pozulmasından və ya atanın ölümündən sonra 300 gün ərzində doğulmuşdursa uşağın atası ananın keçmiş əri hesab olunur və bu, uşağın doğum haqqında şəhadətnaməsində qeyd olunur.

Əgər valideynlərin nikahı rəsmi formada qeydiyyata alınmamışdırsa, uşağın anası haqqında qeyd ananın ərizəsi, uşağın atası haqqında qeyd isə atanın ərizəsi əsasında aparılır. Lakin doğum haqqında şəhadətnamə alınarkən valideyn kimi qeyd edilməsi barədə ata ərizə verməzsə, bu zaman atalıq məhkəmə qaydasında müəyyən edilməlidir. Atalığın müəyyən edilməsi ilə bağlı məhkəmə qətnaməsi də yoxdursa, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı isə ananın göstərişi əsasında qeyd edilir.

Image result for aliment problemi"

Qanunvericiliyə əsasən, uşağın valideynlərinin müəyyən edilməsi ilə bağlı yaranmış bütün mübahisələr yalnız məhkəmə yolu ilə həll edilir. Atalığın müəyyən edilməsinə dair mübahisə zamanı doğum haqqında şəhadətnamədə ata kimi qeyd edilmiş şəxs yetkinlik yaşına çatdıqdan sonra uşağın özü tərəfindən açıla bilər.

Atalığın müəyyən edilməsi ilə bağlı ərizə müraciət edən şəxsin yaşadığı yerin məhkəməsinə verilir. Həmin işlərə məhkəmə xüsusi icraat qaydasında ərizəçinin və maraqlı şəxslərin iştirakı ilə baxır. Atalığın müəyyən edilməsi ilə bağlı məhkəmə qətnamə çıxarır. Bu qətnamə atalıq faktını təsdiq edən sənəddir və doğum haqqında şəhadətnamədə müvafiq qeydiyyat aparılması üçün əsasdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir