ata

Atalar niyə sevgilərini bəlli etməzlər?

Baxış sayı: 1. 788

Hər bir uşağın sağlam, sevgi dolu ailədə böyümək haqqı var. Uşağın sevgi ilə böyüməsi üçün ana-ata arasında doğru münasibət olmalıdır. Hətta hamiləlik dönəmində belə ata ana ilə mübahisə edər və ana bu səbəbdən narahatlıq keçirərsə, bu proses uşağa təsirsiz ötüşmür. Ona görə də atalar çalışmalıdır ki, həyat yoldaşına və övladına qayğı göstərsin. Təəssüf ki, uşaqların ata sevgisinə ehtiyacı olduğunu bilməyən, uşaq ikən övladının ruhunda dərin yaralar açan atalar var. Avtoritar ata modeli qızına və ya oğluna bir dəfə belə sevgi ilə baxmadan ömrünü keçirir. Əgər ata avtoritardırsa, qızı utancaq və çəkingən olacaqdır. Özünü ifadə etmək əvəzinə içinə qapanmağı seçəcək. Ata daimi olaraq müdaxiləedicidirsə və uşağına səhv etmək şansı vermirsə, ona zərər verir. Səhv etməsinə icazə verilməyən uşaq, həyatı boyunca öz doğrularını tapmaqda çətinlik çəkəcək. Avtoritar ata üçün atalıq bir “etiket”dir. Sadəcə maddi dəstəklə ata ola bil-məyəcəyini yaşı keçsə də anlaya bilməz. Uşaqlar, xüsusən, oğlanlar atalarını model olaraq görərlər. Onlar üçün ataları super güclü, heç vaxt yenilməyən qəhrəmandır. Amma uşaqlar bir məsələni anlaya bilmirlər : Bu super qəhrəman niyə məni sevmir ? Onun qədər super olmadığım üçün ? Uşaqlar düşünərlər və sevilmədiyini dü-şünən uşaq belə nəticəyə gələr : Heç vaxt onun kimi ola bilmərəm. Həqi-qətən, valideynlər övladlarının belə düşünməsini istəyirlər ? Ata sevgisi bir övlad üçün ana sevgisi qədər önəmlidir. Uşaqlıqdakı bir qisim əskikliklər özünü yuxarı yaşlarda göstərir. Bu ən çox qadınlarda görülməkdədir. Araşdırmalar göstərir ki, ata sevgisi əskik qalmış qız uşaqları yetkin olduqlarında özgüvənsiz olur və üçüncü şəxsə qarşı “tə-cavüzkar” vəziyyət sərgiləyə bilirlər. Ən önəmlisi, həyatlarına daxil etdikləri kişilər barədə çox böyük səhvlər edirlər və ikili münasibətlərdə çox ciddi bağlanma problemləri yaşayırlar. Qız uşağı ata ilə kişi cinsini və onların dünyasını öyrənir. Gələcəkdə kişilər haqqında fikirlərinə atası sayəsində çatır. Qız uşaqları hələ 6 aylıq ikən atalarının səsi və toxunuşlarına anasın-dan daha fərqli reaksiya verir. Yəni, atanı öyrənməyə başlayırlar. Ata da ana kimi uşağın psixososial, psixoseksual və zehni inkişafında rol oynayır. Ümumiyyətlə, atanın övladı ilə ünsiyyət qurma tərzi, uşağın şəxsiyyətinə təsir edir. Atasından sevgi və maraq görən uşaqların dostları ilə müna-sibətlərində daha mehriban, liderlik xüsusiyyətləri inkişaf etmiş, bacarıqları artmış uşaq olduqları müşahidə edilmişdir. Ata övladının sərbəst davranmasını, ətraf aləmi kəşf etməsini dəstəklədikdə, cəsarətləndirdikdə uşağın zəka inkişafı doğru istiqamətdə gedir. Atanın uşağa oyun yoldaşı olması, ona kitab oxuması, onunla danışması, toxunması da inkişafa böyük töhfə verir. Əziz atalar, övladlarınıza güvən dolu sevgi verin. Onların qəlbində yaralar açan ataları olmasın ! Sevginizi bəlli etməklə, “etiket”inizi korlamayacaqsınız. Əksinə, özgüvənli, inamlı, aktiv, səmimi etiketə sahib övladlarınız olacaq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir