Aliment

Atalığın müəyyən edilməsi üçün vəsait də aliment fondu hesabına olmalıdır – TƏKLİF

Baxış sayı: 771

Uzun illərdir ki, həllini tapmayan problemlərdən biri də aliment fondunun olmamasıdır. Aliment fondunun olmaması uşaqların lazımı zamanda müəyyən xidmətlərdən, hüquqlardan yararlanma imkanını məhdudlaşdırır.

Son günlər aliment fondunun yaradılması məsələsi yenidən gündəmə gətirilib.

 

Millət vəkili Tahir Kərimli bu fondun yaradılımasının çox önəmli olduğundan deyir: “80-ci illərdən məhkəmə sistemində çalışan biri kimi deyim ki, alimentlə bağlı çoxsaylı problemlərin şahidi olmuşam. Alimenti ödəmək yalnız kişinin öhdəliyindədir, deyə bir şey yoxdur. Qanunvericilik bununla bağlı heç bir fərq qoymur. Tərəfdarıyam ki, bir sıra dövlətlərdə olan praktikalar bizdə də reallaşsın, Azərbaycanda da aliment fondu yaradılsın və bu fond dövlət hesabına olmalıdır. Yəni, aliment ödəyə bilməyən şəxsin imkanı yoxdursa. işləmədiyini dediyi, əmək haqqısını gizlətdiyi müddətdə, axtarışda olduğu bir vaxtda da aliment dövlət tərəfindən ödənilsin. Daha sonra ödənilən vəsait həmin şəxsdən tutularaq fonda yatırılsın”.

“Bəzən ata olan şəxs iddia edir ki, uşaq onun deyil. Yəni, atalığın müəyən edilməsi isitqamətində də çox mübahisələr olur.Mübahisə çox uzandığı halda alimentin təyinatı da gecikdirilir. Bu cür mübahisələrin davam etdiyi bir vaxtda da aliment fondundan ödənişlər etmək olar”, – deyə millət vəkili vurğulayıb

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehiban Zeynalov deyir ki, hazırkı dövrdə aliment fondunun yaradılması çox böyük əhəmiyyət kəsb edir: “Əksər hallarda qadınlar körpə uşaqlarını qoyub işləyə bilmirlər, alimentə görə çox zorakılığa məruz qalırlar. Təklif edirəm ki, atalığın müəyyən edilməsi üçün lazım olan vəsait də aliment fondundan ödənilsin və sonra şəxs tərəfindən alınsın. Çünki atalıq faktını müəyyən etmək üçün qadınların pulu yoxdur. Belə olan halda uşaqların bir çox hüquqları reallaşa bilmir”.

“Alimenti ödəməyən şəxslərin məcburi əməyə cəlbedilməsində elə indikatorlar olmalıdır ki, beynəlxalq təşkilatlar tərəfindən bu addım əməyin istismarı kimi qəbul olunmasın. Qadın aliment ödməli olarsa, ona paralel olaraq da işdə təklif olunmalıdır ki, işləsin və bunu ödəyə bilsin. Qadının iş bacarığı yoxdursa, qazancı alimentə uyğun deyilsə, məhkəmə bu işə baxmalıdır. Qadınlardan fərqli olaraq kişilər qeyri-rəsmi şəkildə işləyə, vergidən yayına da bilirlər”, – deyə birlik sədri əlavə edir.

M.Zeynalova alimentlə bağlı digər problemə də toxunub: “Əlilliyi olan şəxslərin də aliment ödəməsi məsələsi var. Əlilliyi olan şəxsin pensiyasının alimentə kəsilməsi məsələsinə də baxılmalıdır. Ona görə də alimentin ödənilməsinə görə fərqli kateqoriyalar olmalıdır. Çünki əlilliyi olan şəxslər deyir ki, onlar elə pensiya ilə dolanılar. Belə olan halda onların pensiyalarının müəyyən hissəsi alimentə gedir. Yəni, pensiyasından asılı olaraq əlilliyi olan şəxlsər üçün alimentə görə aylıq ödəniş fərqli təyin olunmalıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir