atanin-qidalanmasi

Atanın qidalanması uşağa təsir edir

Baxış sayı: 1. 716

Belə ki, zərərli qidalarla bəslənən və sağlamlıq üçün zərərli müxtəlif vərdişləri (içki, siqaret) olan ata namizədlərin dünyaya gələcək körpələrində düşmə və ya hansısa sağlamlıq problemlərinin yaranma ehtimalı daha böyük olur.

Mütəxəssislərin sözlərinə görə, dünyaya gələcək körpənin səhhətində hansısa problemlərin yaranmaması üçün atanın B9 vitamini ilə qidalanması mütləqdir. Bu vitamin körpənin sağlamlığını və təhlükəsiz şəkildə doğuşunu təmin edir. Bu fikri təsdiqləmək üçün alimlər sıçanlar üzərində təcrübə aparıblar. Bu zaman bir neçə ata namizədə B9 vitamini baxımından kasad olan qidalar, digər qrupa isə B9 vitamini ilə zəngin olan tünd yaşıl yarpaqlı tərəvəzlər, ət, süd, taxıl məhsulları yedizdirilib.

Təcrübələr nəticəsində belə qənaətə gəlinib ki, zəngin B9 vitamini ilə bəslənən ata namizədlərin övladları daha sağlam olurlar. Digər qrupun körpələri isə ciddi sümük xəstəlikləri, anormal sklet qruluşu ilə dünyaya gəlirlər.

Buna görə də elm adamları belə hesab edirlər ki, sağlam körpənin dünyaya gəlməsi ana namizədlərlə yanaşı ata namizədlərdən də aslıdır. Əgər analara həm hamiləlikdən əvvəl, həm də hamiləlik müddətində sağlamlıqlarına fikir vermələri məsləhət görülürsə, kişilərə əsasən hamiləlikdən öncə bu məsələdə diqqətli olmaq tövsiyə edilir.

/ kishi.az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir