Atası fərqli olan əkizlər

Baxış sayı: 1. 382
İki il əvvəl Vyetnamda dünyaya gələn əkizlər hər kəsi heyrətləndirib. Əkizlər haqqında aparılan araşdırmaların nəticəsi isə hər kəsi şoka salıb. 
Məlumatlara görə, uşaqlar dünyaya gəldikdən sonra onların bir-birindən çox fərqlənməsi ata-anasını şübhələndirib. Körpələr iki yaşına çatdıqları zaman onların həm görünüşlərinin, həm də xasiyyətlərinin bir-birindən çox fərqli uşaqların xəstəxanada başqa uşaqlarla qarışdığı fikrini doğurub. Xəstəxana rəhbərliyi məsələ haqqında araşdırma apardıqdan sonra uşaqlardan və valideynlərindən analiz götürüblər. Analizlərin cavabı isə ailənin dağılmasına səbəb olub. Çünki əkizlərin atalarının fərqli adamlar olduğu məlum olub. Gerçəyi öyrənən ata arvadından ayrılıb.
Məlumat üçün bildirək ki, eyni hadisə bir neçə il əvvəl Türkiyədə də baş verib.
Doğulan əkizlərin atalarının fərqli olması ər-arvadın boşanmasına səbəb olub. Ata digər uşaqdan da imtina edib.
Həkimlər bunun milyonda bir baş verə biləcək ehtimal olduğunu deyiblər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir