Qız övladlarının atalarına olan sevgisinin nə qədər böyük olduğunu hər birimiz bilirik. Məhz bu sevgi də onların daha güclü və cəsarətli olmasına səbəb olur. Bəs atasına oxşayan qızları digərlərindən üstün edən əsas xüsusiyyətlər hansılardır?
Həmin xüsusiyyətləri təqdim edirik:
1. Atasına oxşayan qızlar məsuliyyətdən qorxmur və heç bir işi gözlərində böyütmürlər.
2. Bu qadınlar istər iş həyatında, istərsə də şəxsi həyatlarında çox cəsur olurlar.
3. Ailələrinə çox bağlıdırlar və onlar qarşısında məsuliyyət hiss edirlər.
4. Müstəqildirlər və azadlıqlarını hər şeydən üstün tuturlar. Kiminsə etdikləri seçimlərə müdaxilə etməsi onları özlərindən çıxara bilər.
5. Olduqca ədalətlidirlər. Haqsızlıq gördükdə susmaq onlar üçün deyil. Dürüstlük hər şeydən vacibdir.
6. “Yalnız kişilər üçün” hesab etdiyiniz hər şeyi yerlə-yeksan edir və mütləq o işlərin içində yer alırlar. Onlar bərabərhüquqlu olmağı bacarırlar.
7. Heç kim onları incidə bilməz. Belə şey olduğu halda isə sonuna qədər mübarizə aparırlar.
8. Təhsilə və özlərini inkişaf etdirməyə çox böyük əhəmiyyət verirlər. Bir yerdə durmaq və inkişaf etməmək onlar üçün dəhşətli bir şeydir. Öz ayaqları üzərində durmağı həyatlarının şüarına çevirirlər.
9. Gizli işləri, digərlərinin arxasınca danışmağı, qeybəti və dedi-qodunu heç sevmirlər və istədikləri şeyi üzə birbaşa deməyi bacarırlar.
10. Kiminsə qəlbini sındırmaqdan çox qorxurlar. Onlar üçün dostluq, yoldaşlıq olduqca əhəmiyyətlidir.