Tarixdə bir çox insan tərəfindən tanınan əhəmiyyətli şəxsiyyətlər var. Bu şəxsiyyətlərin bir çox hallarda yalnız adları bilinir.
“Gencaile.az” Publika.az-a istinadən bəzi məşhur, tarixi şəxslər haqqında bilmədiyiniz məlumatları təqdim edir.
III. Makedoniyalı İsgəndər (e.ə. 356 – e.ə. 323)
• İskəndərin taxta çıxdıqdan sonra ilk işi atasını öldürəndən qisas almaq olub.
• Əhəməniləri məhv etmək üçün çıxdığı səfərlərdə ümumilikdə 16 min km məsafə qət edib.
• İskəndər çıxdığı səfərlərdən bir daha Makedoniyaya dönə bilməyib və 32 yaşına çatmadan həyatını itirib.
Yuli Sezar (e.ə. 100 – e.ə. 44)
• Sezar keçəl olduğu bilinməsin deyə hər zaman tac taxırdı.
• Miladi təqvimdəki iyul ayı, Yuli Sezarın adını daşıyır.
• Sezar sui-qəsdə uğrayıb öldürüləndə bədənində düz 23 yara izi vardı.
I. Konstantin (272 – 337)
• Xristian dini qəbul edən ilk Roma imperatorudur.
• İstanbul uzun müddət onun adını daşıyaraq Konstantinopol adlandırılıb.
• Konstantin arvadı və oğlundan şübhələndiyi üçün hər ikisini edam etdirib.
Attila (406 – 453)
• Romaya edəcəyi hücum ərəfəsində Papa I. Leo ilə görüşdükdən sonra fikrini dəyişib. Onun papa ilə nə danışdığı indiyədək sirdir.
• Zifaf gecəsi ağzından və burnundan qan gələrək qəflətən ölüb.
• Atillanın məzarının tapılmaması üçün məzarın yerini bilənlər öldürülüb.
Bumin Xaqan (??? – 552)
• Göytürk xaqanlığını yaratmamışdan əvvəl dəmirçi işləyirdi.
• Bumin tabe olduqları Juan Juan dövlətinin hökmdarının qızı ilə evlənmək istəyib. Rədd edildiyi üçün Juan Juan dövlətinə müharibə elan edərək məğlub edib və Göytürk xaqanlığını yaradıb.
• Bumin Xaqan xaqanlığı qurduqdan dərhal sonra ölüb.
Çingiz Xan (1162 – 1227)
• Çox kiçik yaşda atasının təkidi ilə qonşu qəbilənin qızıyla evləndirilib.
• Kiçik yaşda atası zəhərlənərək öldürülüb.
• Çingiz Xan qurduğu imperiyanın torpaqlarını vəfatından əvvəl 4 oğlu -Çağatay, Ögedey, Cuci və Tuluy arasında bölüşdürüb.
Teymurləng (1336 – 1405)
• Gəncliyində ayağına dəyən bir ox səbəbindən topal olub. Buna görə Topal Teymur kimi tanınır.
• Çox əsəbi və sərt bir quruluşu olmasına baxmayaraq, bacısına böyük hörmət göstərərək onun sözünü dinləyərdi.
• Teymur oxuyub yaza bilmirdi, lakin ətrafına topladığı alimlərə kitablar oxudar, onları diqqətlə dinləyərdi.
Fatih Sultan Mehmed (1432 – 1481)
• Sultan Mehmed süfrədə dəniz məhsullarını çox sevirdi.
• İstanbulu fəth edəndə hələ 21 yaşında bir gənc idi.
• Kitabları çox sevirdi, kitabxanasında orijinal əl yazmalar saxlayardı. Antik yunanca bildiyi üçün bu kitabların çoxunu orijinal dilində oxuya bilirdi.
IV. İvan/Qorxunc İvan (1530 – 1584)
• Özünə xəyanət etdiyi üçün oğlunu qanlı şəkildə öldürüb.
• Orta Asiya Türk xanlıqlarını parçalayaraq, Şimali Qara dəniz bölgəsindəki türklərin irəliləməyinə mane olub.
• Şahmat oynadığı vaxt qəflətən ölüb. 1960-cı ildə IV. Ivanın məzarını araşdıran arxeoloqlar zəhərləndiyi qənaətinə gəliblər.
10. Napoleon Bonapart (1769 – 1821)
• 24 yaşında qatıldığı Tulon mühasirəsində yaralanıb. Bu mühasirədə göstərdiyi cəsarətə görə general vəzifəsinə yüksəldilib.
• Tətbiq etdiyi döyüş strategiyaları hərbi akademiyalarda dərs kimi keçilib.
• 51 yaşında mədə xərçəngindən öldüyü deyilsə də, Napoleonun zəhərləndiyini iddia edənlər də var.
11. Mustafa Kamal Atatürk (1881 – 1938)
• Ən sevdiyi kitab Reşad Nuri Gültekinin “Çalıquşu” romanı idi.
• Atatürkün Türk tarixinə böyük marağı vardı. Türk Tarix Təşkilatı üzvləriylə Yeniçəri Ocağını mübahisə edərkən, bu ocağın Orxan Bəy dövründə qurulmadığı barədə israr edib. Atatürkə görə Yeniçəri Ocağını I. Murad qura bilərdi. Daha sonra edilən araşdırmalarda həqiqətən də Atatürkün bu iddiası təsdiqlənib.
• Bir gün ölüm mövzusunda söhbət gedərkən Atatürkdən harada dəfn olunmaq istədiyi soruşulub. Atatürk isə cavabında “millətim məni harada istəsə, orada dəfn etsin. Yetər ki, unutmasın” deyib.
12. Adolf Hitler (1889 – 1945)
• Adolf Hitler həyatı boyunca 17 sui-qəsd cəhdinə məruz qalıb və bu cəhdlərin hamısından sağ çıxmağı bacarıb.
• Maşın sürməyi heç vaxt öyrənə bilməyib.
• Hitler bir çox insanın ölümünə səbəb olan toplama düşərgələri və gestapolara heç vaxt getməyib.