Autizm adətən həyatın ilk 3 ilində başlayan və ömür boyu davam edən inkişaf pozuntusudur ki, bu da insanın ətrafı ilə düzgün münasibət qura bilməməsi kimi ifadə edilə bilər. Amerikalı psixiatr Leo Kanner əsasən fərdin mücərrəd bir dünyaya qapanması, introversiyası və xarici dünyadan heç bir şey görməməsi kimi xarakterizə etmişdir. Autizimli uşaqların xarici aləmlə arasında görünməz və qalın bir divar hörülübdür, bu əngəli aşmaq uşaq üçün heç də asan olmur.
-Autizmin dəqiq səbəbi məlum deyil. Bunun genetik olduğu düşünülür. Oğlanlarda qızlara nisbətən daha çox rast gəlinir. Hər 5 autizimli uşaqdan 4-ü oğlandır. Autizmli insanların 70%-də əqli gerilik var. İstedadlılıq onların 10%-də müşahidə olunur.
-Göz təması qurmur və ya yalnız istədiyi zaman bunu edirsə, çağıranda baxmır, danışmır və ya əvvəllər müəyyən sözləri deyirdisə, daha sonra bu sözləridə demirsə, yalnız istədiyi zaman və ya çətinlik çəkəndə 1-2 söz deyirsə, yaşına uyğun davranışlar etmirsə, artıq bunu autizim kimi qiymətləndirmək olar.
Autizimin əlamətləri
– şəhadət barmağı ilə nəyisə göstərmirsə
– istəklərini ifadə etmək üçün səni daima çəkirsə
– əgər bye bye (yellə) jestini etməsə və ya edə bilməzsə
– simvolik oyun qura bilmirsə (məişət, həkim, müəllim və s.), dramatikləşdirə bilmirsə,
– məhdud və ya təqlid etmə bacarığı,
həmyaşıdları ilə ünsiyyət qurmur, oyun oynamır, digər insanlara əşya və ya alət kimi yanaşır;
– həmişə eyni yolu istifadə etmək, eyni şeyi təkrarlamaq, işıqları söndürmək və qapıları açıb-qapamaq kimi obsesif davranışlar,
– ritual xarakterli davranışlara sahib olmaq:
qanad çırpmaq, əllərə baxmaq, yellənmək, əşyaları çevirmək, ətrafda fırlanma, kəndir, kabel və s. obyektləri silkələmək, əlaqəsi olmayan əşyaları daşımaq kimi təkrarlanan (stereotipik) davranışlarla məşğul olmaq kimi əlamətlər Autizimli uşaqlarda ən əsas göstəriciləridir.
Autizimli uşaqların təhsili və müalicəsi
Müalicədə əsas prinsip uşağa yaxınlaşıb onu öz dünyasından çıxarmaq, uşağın ətrafı ilə maraqlanmasını təmin etməkdir. Ancaq bu, göründüyü qədər asan deyil. Autizmli uşağın müqaviməti o qədər güclü ola bilər ki, hətta ən qayğıkeş, isti və sevgi dolu valideynlər də uşağa çata bilməz. Autizm uşaqla amansız davranmağı tələb edən bir vəziyyətdir. Autizimli uşaqların müalicəsində psixoanalitik müalicə tədricən davranış müalicəsi ilə əvəz edilmişdir; Koqnitiv, sosial və dil inkişafı üçün təhsilə daha çox diqqət yetirilmişdir. Müalicə prosesi 2 mərhələdə baş verir.
1) Uşağı autizmdən çıxarmaq
2) Uşağın mövcud qabiliyyətlərindən istifadə etmək və ətraf mühitə uyğunlaşmasını təmin etmək
*Autizmli uşağın 3 mühüm xüsusiyyətindən istifadə edərək tətbiq edəcəyimiz üsul uşağın müalicəsində müsbət nəticə verəcək.
1) Bu cür uşaqlar başqalarının toxunmasını sevmir və qucaqlanmaqdan çəkinirlər.
2) Musiqiyə çox maraq göstərirlər. Ən çox əhval-ruhiyyədə olanda belə, musiqi səslənəndə sakitləşirlər.
3) Yellənməyi sevirlər. Öz-özünə yırğalanma, öz ətrafında fırlanma autizmli insanlarda çox aydın görünür.
-Uşaqlar sevdikləri musiqinin müşayiəti ilə və yellənərkən toxunma stimullarının qəbuluna heç bir müqavimət göstərmirlər. Bu anlarda autizmli uşağa yaxınlaşıb qucaqlaşdıqda və sevgi göstərdiyimiz zaman onu daxili aləmindən uzaqlaşdıra bilmək ümidi yaranır. Beləliklə, autizmli divar deşiləcək və autizmli uşaq xarici dünya və insanlarla münasibət qurmağa başlayacaq. Ancaq hər bir uşağın autizmdən çıxması üçün tələb olunan vaxt eyni deyil. Bəziləri nə edilsə də, heç vaxt çıxmır. Əsasən bacarıqları öyrədərkən, ciddi davranış problemlərinə görə çox çətindir. Ona görə də başlanğıc üçün uşağın davranış problemləri azaldılmalı, müsbət davranışları təşviq edilməli və inkişaf etdirilməlidir. Uşağa öyrədiləcək yeni bacarıqlar bütövlükdə deyil, mərhələlərə bölünərək öyrədilməli, uşağın uğursuzluğa düçar olmasının qarşısı alınmalıdır. Məsələn, əlləri yumaq davranışı; Bunu kranı açmaq, sabun götürmək və əlləri islatmaq kimi öyrətmək olar. Bir bacarıq öyrədərkən uşağa əvvəldən axıra qədər hər mərhələdə köməklik göstərilməli, sonra isə tədricən yardım azaldılmalıdır.
Psixoloq, refleksoloq Fazilə Camalova