Glassdoor” saytı iş tapmaq üçün ən yaxşı 10 Avropa ölkəsini araşdırıb. Araşdırma işsizlik, müvəqqəti gənc məşğulluq nisbəti, part-time işləyən adam sayı kimi göstəricilər nəzərə alınmaqla aparılııb. İşləmək üçün ən yaxşı 10 Avropa ölkəsi aşağıdakı kimi sıralanıb.
10) HOLLANDİYA
Hollandiya digər ölkələrə görə yaxşı hesablar alıb. Ancaq ölkənin xalını müvəqqəti məşğulluq nisbəti aşağı çəkib. Ölkə buna baxmayaraq, özünü ilk 10-da tapır.
9) FİNLANDİYA
Dünyanın ən yaxşı təhsil sisteminə malik Finlandiyanın hesabı “Glassdoor”un istifadə etmiş olduğu 3 indikatorunun orta yüksək qiyməti ilə, lakin 2007-ci illərin sonundan bu yana işsizlik miqdarındakı azalmanın yalnız 4 faiz olduğu üçün, 9-cu sıraya düşüb.
8) BELÇİKA
Belçika da iş tapmaq üçün yaxşı ölkədir. Aparılan tədqiqatda bütün kateqoriyalarda orta hesabla üstün xal alıb, 8-ci sıraya yüksəlib.
7) İSVEÇRƏ
Dağlar ölkəsi İsveçrə kateqoriyaların 3-də də ən yaxşı 3 ölkə arasında yer alıb. Buna baxmayaraq, yenə də ilk 5-yə çatmayıb.
6) ALMANİYA
Almaniya maliyyə böhranı sonrası işsizlik nisbətindəki dəyişimə baxanda birinci yeri tutur. Ölkə həmçinin, işsizlik və gənc işsizlik nisbəti kateqoriyalarında ilk 3-də yer alır. Amma digər kateqoriyalarda hesablamanın altındadır və 6-cı yeri tutur.
5) DANİMARKA
Danimarkada yaşayan gənclərin yalnız 10 faizi işsizdir. Danimarkanın maliyyə böhranı sonrası məşğulluq dəyişiklik indikatoru istisna olmaqla, bütün kateqoriyalarda hesablamanın çox üstündə olması ölkəni 5-ci sıraya salır.
4) AVSTRİYA
Sənəti ilə məşhur Avstriyanın sadalamalarda yüksəklərdə olmasının ən böyük səbəbi maliyyə böhranı əvvəlkinə nisbətən daha çox əmək verən 3 ölkədən biri olmasıdı. Bu da 4-cü sıraya gəlməsinə səbəb olur.
3) İNGİLTƏRƏ
Bir vaxtlar günəş batmayan imperatorluq, indilərdə Avropa İttifaqından çıxmaq istəyən ölkə İngiltərə, işsizlik indikatorlarında ilk 3-də yerini almağı bacardı. Ölkə yalnız part-time çalışan kateqoriyasında hesablamanın altında qalır.
2) NORVEÇ
Norveç bütün indikatorlarda ilk 3-də yer alan bir ölkə olaraq ikinci yerə layiqdir. Bundan başqa, xal kimi 1-ci olan ölkəylə də eyni nəticələrə malikdir. Norveç bu nəticələr ilə Avropanın iş tapmaq üçün ən yaxşı ölkəsi olardı, lakin maliyyə böhranı sonrasında məşğulluq nisbətindəki dəyişiklik Norveçi geri düşürüb.
1) ESTONİYA
Estoniya Avropada iş tapmaq üçün ən yaxşı ölkədir. 1.3 milyon əhalisi olan bu kiçik Baltik ölkəsi bəzi kateqoriyalarda ən yaxşı hesabları alıb. Ölkənin yalnız 3 faizdən azı müvəqqəti işlə təmin edilib. Beləliklə, Estoniya Avropada iş tapıla biləcək ən yaxşı ölkə kimi görünür.