masin

Avtomobil dünyasının nəhəngləri – FOTOLAR

Baxış sayı: 1. 886

Bu məqalədə söhbət sərnişin daşıyan avtomobillərdən deyil, iri yüklərin daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələrindən gedəcək. Çünki dünyanın ən nəhəng avtomobilləri məhz tikinti sahəsində istifadə olunur. Siyahıda birinci yeri isə adı Ginnesin rekordlar kitabına düşən BelAZ-75710 markalı yük avtomobili tutur.

 

1. BelAZ-75710
BelAz-75710 ötən ilin sentyabrında Belarusda ictimaiyyətə təqdim olunub. Avtomobilin uzunluğu 20 m. 60 sm., eni 9 m. 75 sm., hündürlüyü isə 8 m. 17 sm. dir. Bu nəhəng nəqliyyat vasitəsinin çəkisi 810 tondur. 8 təkərlik BelAz-75710-nun dizellə işləyən iki mühərriki var. Həmin mühərriklər 4651 at gücünə sahibdir. Avtomobilin maksimum sürəti saatda 64 km.dir. BelAz yalnız həcminə görə deyil, yük daşıma qabiliyyətinə görə də rekord nəticəyə imza atıb. Aparılan təcrübə zamanı nəqliyyat vasitəsi bir dəfəyə 503 ton 505 kq. yükü təyin olunmuş yerə uğurla apara bilib. Dünyanın digər nəhəng avtomobilləri hələ ki, belə nəticəni təkrarlamaq gücündə deyil.

Image result for BelAZ-75710

2. Caterpillar 797B
Bu avtomobilin ölçüləri də kifayət qədər böyükdür. Uzunluğu 14 m. 85 sm. olan nəqliyyat vasitəsinin eni 7 m. 70 sm.dir. Avtomobilin çəkisi 280 ton, yük götürmə qabiliyyəti isə 345 tondur.

Image result for Caterpillar 797B

3. Liebherr T282B
Uzunluğu 14 metr olan Liebherr T282B 222 ton çəkiyə malikdir. Bu avtomobilin üzərində ikimərtəbəli villanı da daşımaq olar. Onun yük götürmə qabiliyyəti 363 tondur. “Liebherr” şirkəti Avstraliya, Cənbi Afrika və Kanada kombinatlarının sifarişləri ilə belə bir nəhəng nəqliyyat vasitəsinin istehsalına qərar verib. 20 silindirli dizel mühərriki ilə təchiz olunan Liebherr T282B 3650 at gücündədir.

Image result for Liebherr T282B

4. Terex 33-19
Dünyanın nəhəng avtomobillərindən sayılan Terex 33-19-un yüklə birgə çəkisi 548,6 tondur. Nəqliyyat vasitəsi 317,5 ton yükü rahatlıqla daşıyır. Bu isə avtomobilin mühərrikinin gücündən xəbər verir. Hündürlüyü 17 metr olan Terex 33-19-un mühərriki 3300 at gücündədir. Yanacaq bakının tutumu isə 5910 litrdir.

Image result for Terex 33-19




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir