Bu yazıda müasir avtomobillərin bir sıra “sirli” düymələri barədə danışacağıq. Əslində bu möcüzəvari sistemlərin, qurğuların insanlar üçün “sirli davranış” sərgiləməsində təəccüblü heç nə görmürəm, sadəcə hər şey heyrətamiz şəkil almağa başlayıb. Müasir dünyanın adamları gündəlik bu qədər məlumatın öhtəsindən rahatlıqla necə gələ bilər? Məhz bu səbəbdən də hər kəs öz yaşamına, həyat tərzinə, məşğul olduğu işlərə yardımçı olan, xeyir verən qismlə kifayətlənir. Hətta elələri də var ki, yalnız ən zəruriləridən yararlanır.
Bəli, artıq məişət texnikasının uzun təlimatlarını öyrənmək üçün vaxt itirməyə dəyməz. Bununla razı deyilsiniz? Axı kim mikrodalğalı sobasının bütün rejimlərinin incəliklərini bilir, yaxud kim televizorun elektron sxemlərini öyrənir… Hamı sadəcə istifadə etməyi bacarmırmı?..
Artıq elə bir zaman yetişib ki, hətta bahalı avtomobillər də mikrodalğalı soba kimi istifadə əşyasına çevrilib. Və dövr dəyişdikcə ən mürəkkəb funksiyalı texnikalar belə əlimizin altında gündəlik işlədilən sıradan aparat halına gəlir. Əlbəttə burada söhbət texnikanın nə qədər mürəkkəb olduğundan deyil, onların insanlara göstərəcək xidmətindən gedir. Və proses də bir tələbata çevrilib…
Gəlin avtomobillərdə uşaqların təhlükəsiz daşınması üçün nəzərdə tutulan gərəkli funskiyalı qurğulardan başlayaq. Əlbəttə, bəzən şərait el gətirir ki, kiçik yaşlı övladları çox qısa sürəlik də olsa avtomobildə tək qoymaq məcburiyyətində qalırıq. Bu bilərəkdən və ya bilməyərəkdən də ola bilir.
Məlum olduğu kimi bir çox müasir avtomobillərdə qapılar bir düymə ilə anında bloklanır və bayırdan onları açmaq mümkün deyil. Əlbəttə, içəridən bunu asanlıqla etmək olur: bunun üçün qapı dəstəyini iki dəfə çəkmək kifayətdir. Belə baxanda müəyyən situasiya üçün problem görünmür. Amma…
Bəs bunu nadinc uşaq avtomobil hərəkətdə olan zaman etsə nə baş verəcək? Nəticəsini düşünmək belə qorxuludur, deyilmi? Amma texniki tərəqqiyə alqışlar, bunun da çıxış yolu var.
Hər iki arxa qapının içində dəstəyi tapın və onun çəkin. Bu zaman əyər mərkəzi açar (kilidlənmə) qoşulmayıbsa, arxa qapını yalnız bayır hissədən açmaq mümkün olacaq. Və uşaqlar sizdən qaça bilməyəcək.
Əgər avtomobilinizdə açarsız daxil olma funksiyası mövcuddursa, elektron açarsa qatlama ucluqdan məhrumdursa yenə çıxış yolu yox deyil. Elektron açarın və ya çip-kartın korpusuna baxıın, fiksatoru tapın və oradan dili çıxarın və ya dil gizlənən açarın qapağını açın. Bundan sonra onunla qapını açmaq mümkündür.
Buna bənzər funksiya elektron şüşəqaldıranlarda da var. Heç fikir vermisinizmi, dörd pəncərə olsa da sürücü qapısında yerləşən şüşəqaldıran düymələrin sayı beşdir. Bəli, məhz bu beşinci düymə hər dörd şüşəqaldıranı blok edir. O düyməyə sıxdığınız zaman sürücüdən başqa heç bir sərnişin öz şüşəsini aça, bağlaya bilməyəcək. Lakin bəzi Koreya avtomobillərində bu düyməyə sıxıldıqda yalnız arxa şüşələr bloklanır, bu zaman onları hətta sürücü belə aça bilmir.
İndi isə salonda olan güzgüyə diqqət edin. Əgər korpusa yerləşdirilmiş güzgünün kənar hissəsində “sehirli” led işıq görünürsə demək bu, elektroxromlaşdırılmış güzgüdür. Elektroxromlaşdırılmış güzgü digər maşınların gur “fara”larının gözqamaşdırıcı (koretmə) effektinin qarşısını alır. Yəni, əgər gecə saatlarında sizdən arxada gələn avtomobil güclü uzağı işıqlandıran fanarları yandırarsa bu zaman güzgü avtomatik olaraq tündləşir.
Qeyd edim ki, müasir elektroxromlaşdırırlmış güzgülərdə iki fotoötürücü mövcuddur. Birincisi irəliyə yönəlib və ümümi işıqlanmanı qiymətləndirir, ikincisi geriyə yönələrək dediyimiz kimi arxadan gələn avtomobillərin işığını udur. Beləliklə müəyyən fərq yarandığı zaman elektornika tündəşmə əmrini verə bilir. Düymə isə bu funskiyanı söndürmək üçündür. Əyər həm led işıq, həm də düymə yoxdursa, amma əvəzində dəstək varsa, demək bu sadə, böyük güzgüdür. Onda sadəcə dəstəyi aşağı çəkmək lazımdır. Bu zaman güzgünün enmə bucağı azalacaq və koretmə effekti təhlükə yaratmayacaq.
Əminəm ki, bu, hər kəsin müasir tipli avtomobilində var, amma istifadə etməyib: təhlükəsizlik kəmərinin hündürlüyə görə tənzimlənməsi. Kuzovun orta hissəsində yerləşir və yuxarı-aşağı hərəkət edə bilir. Bu isə təhlükəsizlik kəmərinin boytunuza uyğun nizamlanması üçündür. Kəmər sizə rahat və düzgün bağlanmalıdır.
Və sonda adı dilimizə yatmayan “lifehach”i görək. Əyər siz maşınla hərəkətə başlayan zaman mərkəzi açarın (kilidin) avtomatik olaraq işə düşməsini istəyirsinizsə (ola bilsin öncədən bu funksiyanı kimsə söndürüb), qapı bloklama düyməsini bir neçə saniyə sıxıb saxlayın. Siqnal səsi eşidilən anda həmin funksiya işə düşəcək. O eyni üsulla da söndürülür.