yemek

Axşam yeməyi zamanı buna diqqət edin

Baxış sayı: 973

Zaman keçdikcə həyat şərtləri dəyişir, biri deyir axşamlar yemək olmaz, biri isə deyir olar, başqa biri axşamlar meyvə yemək olar deyir, başqa birisi olmaz deyir. Bunu daha da uzatmaq olar, məsələn, su içmək, şərbətlər içmək, şirin və ya turş meyvələr yemək – bütün bunlar həqiqətən günümüzdə hər gün müzakirə olunan mövzulardır.

Həkim Füzuli Hüseynov bildirir ki, tarixən Qafqaz xalqları ən ləziz yeməklərini axşamlar yeyiblər:

“İndi əksər dietoloqlar axşam yeməyinin qəti əleyhinədirlər və ya axşamlar sadəcə salatlarla kifayətlənməyi məsləhət görürlər.

Lakin dinimizdə də axşam yeməyinə çox önəm verilib. Sevimli Peyğəmbərimiz “Axşam yeməyini buraxmayın, bir ovuc xurma da olsa axşam yeyin. Çünki axşam yeməyini tərk etmək, insana vaxtından əvvəl qocalıq gətirər” deyə buyurub. Bəli, şam etmək lazımdır. Lakin sadəcə diqqət olunası məsələlər var. Axşam yeməyini yatmazdan ən azı 3 saat əvvəl yeyin, suyu yeməkdən sonra için, meyvəni yeməkdən 1-2 saat sonra yeyin, çünki meyvələrin həzmi daha tezdir. Yemək yeyən kimi yatanda həm bədəndə piylənmə gedir, həm də maddələr mübadiləsi pozulur. Həmçinin, yeyən kimi yatanda yuxu dərin olmur”.

Həkim onu da bildirir ki, su içib yatmaq böyrəklərə ziyanlıdır:

“Bəzi adamlar yuxudan ayılan kimi su içib yenə yatırlar, bu da düzgün deyil, hətta bu haqda hədis də vardır. Deməli, hər iki yuxu arasında suyun içilməsi, böyrəklərin tez sıradan çıxmasına səbəb olur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir