qadin

Ayaq tüklərini düzgün təraş etmək üçün 7 vacib nüans

Baxış sayı: 1. 844

Çoxumuz bunu edirik. Hətta estetik mərkəzlərdə, gözəllik salonlarında epilyasiya etdirsək belə, xüsusi tüktökən kremlərdən istifadə etsək belə, elə zaman gəlir ki, təraş edirik. Bir neçə qayda var ki, onlara əməl etməklə təraşı daha effektli və təhlükəsiz etmək olar. İsti havalarda ətəklərinizi, donlarınızı, şortlarınızı və bikinilərinizi rahat geyinməyiniz üçün biz sizə bu dəfə məhz həmin nüanslardan yazırıq.

 

Image result for Ayaq tüklərini düzgün təraş etmək üçün 7 vacib nüans

 

Səhər təraş et

Səhərlər dəri çox elastik olur və bunun nəticəsində dərini zədələmək mümkün olmur. Axşam təraş etsəniz həm dərinizə zədə yetirə bilərsiniz, həm də tükləriniz sürətlə inkişaf edirsə təraşın nəticəsi olmaya bilər.

 

Dərinizi buxarlandırın

Təraş etməzdən əvvəl ya isti vannada bir az yatın və yaxud da isti duşla ayaqlarınızı buxarlandırın. Bu üsul tüklərin dibini yumşaldır və dərini daha elastik hala gətirir. Və bu, digər mərhələlər üçün vacib nüansdır.

 

Skrabla pilinq edin

Buxarda hazırlanmış dəri skrabla pilinqdə asanlıqla ölü dəri hüceyrələrindən azad olur, tük kökləri də üzə çıxır. Əgər siz bu addımı etməsəniz 12 saat sonra tüklər yenə də çıxmağa başlayacaq.

 

Köpük və ya təraş geli istifadə edin

Çoxumuz təraş üçün duş geli, sabun və ya şampun istifadə edirik. Bu, təraş prosesində ən böyük səhvdir. Yalnız təraş üçün xüsusi seçilmiş gel ülgücün sürüşkənliyini təmin edir, bütün tüklər təmizlənir və təraş zamanı dəri sakit olur. Təraşı tüklərin inkişaf etdiyi isiqamətdə edin, əksinə yox İlk baxışdan məntiqsiz səslənsə də, bu, tüklərin tez çıxmasının qarşısını almaq üçün bir zəmanət yoludur. Əks istiqamətdə təraşla siz, dərinizi zədələyə bilərsiniz və tüklərin dibində mikroblar yarana bilər.

 

Bu prosesi “şişitməyin”!

Ülgüclə dərinin hər hissəsindən yalnız bir dəfə keçmək lazımdır. Əgər tüklər yaxşı təmizlənmirsə, bu zaman ülgücün başını dəyişin və ya yenisini götürün. Belə etdikdə siz dərinizin travma almasının qarşısını alırsınız və tüklərin də təmiz təmizlənməsini təmin etmiş olursunuz.

 

Dərinizi sakitləşdirin

İstənilən halda təraşdan sonra dəri az da olsa zədələnir. Təraşdan sonra ayaqlarınıza rahatlaşdırıcı, nəmləndirici krem çəkin. Qaşıntı və qızartı yaranmasın deyə spirtli vasitələrdən istifadə etməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir