Hesab edirəm ki, hər bir dəbli qadının qarderobunda bir və ya iki cüt alıb lakin, geyinə bilmədiyi ayaqqabı var. Çox vaxt ayaqqabı mağazasında aldığımız ayaqqabı tam ayağımıza olduğu halda evə gəldikdən sonra ayağımızı sıxmağa başlayır. Belə bir hallarla rastlaşmamaq üçün aşağıdakı məsləhətlərə diqqət yetirin ki, sonra əziyyət çəkib heyfslənməyəsiniz.
-Ekspertlər təsdiq ediblər ki, yeni ayaqqabı almağa axşam vaxtı getmək lazımdır. Hazırkı tövsiyyə onunla əlaqələndirilir ki, iş gününün sonunda ayaqlar şiş olur və belə olduqda ayaq pəncəsi dəyişmiş olur. Əmin olmaqdan ötrü seçdiyiniz cütü iki dəfə geyinib baxa bilərsiniz: həmin gün səhər və axşam. Məsləhət gördüyümüz bu tövsiyə gündəlik ayaqqabı alanlar üçün daha uyğundur. Məhz gündəlik istifadə olunan ayaqqabı komfortlu olmalıdır.
-Hündürdaban ayaqqabılar qadını daha şarmlı göstərir. Hündür daban ayaqqabı yerişə, ayaqların vizual görünüşünə təsir edir və hər bir qadını gözəl göstərir. Lakin bütün bunlara baxmayaraq qeyri – düzgün seçilmiş ayaqqabı dəbli qadınlarda travmaya səbəb ola bilər. Çox vaxt belə xoşagəlməz hadisələrə keyfiyyətsiz ayaqqabı səbəb olur. Ona görə də hündürdaban ayaqqabı aldığınız zaman onun dabanını ehmalca əyin əgər daban geri gedirsə deməli ayaqqabının qəlibi keyfiyyətli deyil.
-Baxmayaraq ki, insan yaşa dolduqdan sonra onun boy artımı dayanır, lakin ayaq pəncəsi böyüməyə az da olas davam edir. Buna görə də bir neçə ildən sonra ayağınıza tam olan ayaqqabı artıq sizi sıxırsa heç də təəccüblənməyin. Belə olduqda ayaqqabı alarkən xüsusi diqqət yetirin . Belə ki, ayaqqabını geyinib baxdığınız zaman ikisini də geyinin, pəncəsi digərindən böyük olan, ayağınıza tam oturan ayaqqabını alın.
– Diqqət yetirin! Bir çox ayaqqabı mağazalarında döşəməyə xalça salınır və ya digər yumuşaq örtüklər. Belə bir örtüyün üzərində istənilən ayaqqabı rahat hiss olunur. Lakin küçədə sizi daşlı asfaltın və əyri yolların gözlədiyini unutmayın. Buna görə də, ayaqqabı alarkən onu bərk döşəmənin üzərində geyinib gəzin.
– Hündürdaban ayaqqabı almaq çətin və məsuliyyətli missiyadır. Buna görə də onu alarkən tələsməyin, 5 – 7 dəqiqə üzərində gəzin. Əgər ayaq dərinizdə qızartı əmələ gəlirsə, ayaqqabı ayağınızı sıxırsa o zaman həmin ayaqqabını almaqdan imtina edin. Bundan başqa, ayaqqabı dabanının hündürlüyü 11 santimetrdisə pəncə hissəsinin qalınlığı 5 santimetrdən az olmamalıdır.
-Yeni ayaqqabını kassaya aparmamışdan qabaq diqqətlə onun içərisinə nəzər yetirin. Keyfiyyətli modellərdə ayaqqabı içliyi çıxarıla bilir, içərisində heç bir kobud tikişlər, saplar və sivri kənarlar olmur. İlk baxışdan bunlar əhəmiyyətsiz görsənsə də, detallar daha sonar ayaqlara işgəncə verə bilər.
Qalınlığından asılı olmayaraq ayaqqabının altlığı və modeli elastik olmalıdır və maksimal dərəcədə yüngül olmalıdır. Mütləq şəkildə seçdiyiniz ayaqqabının qatdalana bilməsinə əmin olmaq lazımdır. Əks halda siz oynaq ağrılarından əziyyət çəkmiş olarsınız.
-Əgər işlədiyiniz təşkilatda ayaqqabı dəyişmək kimi imkanınız yoxdursa belə, buna bacardığınız qədər etməlisiniz. İş burasındadır ki, ayaqqabını dəyişərək ayaqda bəzi nöqtələrə olan təzyiqə ara vermiş olursunuz. Belə olduqda işin sonunda sizin ayaqlarınızda ağırlıq və yorğunluq hissi olmayacaq.
Könül Əliyeva