AYAQQABI

Ayaqqabının ömrünü necə uzatmalı? – 4 ÜSUL

Baxış sayı: 1. 515

Növbəti dəfə yeni ayaqqabı almaq üçün dükana gedərkən, özümüzə hərdən sual veririk, ayaqqabıya necə qulluq edək ki, o uzun müddət istismara yararlı olsun. Adətən, bütün qulluq səhər tezdən tələsik işə gedərkən ayaqqabını dəsmal ilə silməkdən və üzərinə krem vurmaqdan ibarət olur. Lakin, təəsüf ki, belə qulluqdan sonra ayaqqabı qısa müddətdə əmtəə görnüşünü itirir.

Sevimli ayaqqabı cütünün uzun müddət sizi sevindirməyini və yalniz bir mövsüm deyil, daha artıq sizə xidmət etməyini istəyirsinizsə, ona düzgün qulluq etmək lazımdır.  Yadda saxlamaq lazımdır ki, ayaqqabını iş günü bitdikdən sonra almaq daha yaxşıdır. Çünki günün sonunda ayaqlar şişir və ölçüdə 5-8% böyüyürlər. Bu sizə, genişlənəcəyinə ümid edərək dar ayaqqabı almaqdansa, uyğun ayaqqabı seçməyə imkan verəcəkdir.Beləliklə, siz ayaqqabı almısınız, indi isə hansı qaydada və necə onlara düzgün qulluq etmək lazım olduğunu yadınızda saxlayın.

1. Təmizləyirik.

Ilk növbədə ayaqqabını təmizləyirik. Ayaqqabı bağları varsa, onları açın və çıxarın. Mütəmadi olaraq ayaqqabı bağlarının vəziyyətinə nəzarət etmək lazımdır, lazım olduqda köhnələri yeniləri ilə əvəz etmək lazımdır. Əvvəlcə, ayaqqabını yumşaq dəri üçün nəzərdə tutulmuş fırça ilə tozdan və palçıqdan təmizləmək lazımdır. Palçığı həmçinin adi və ya xüsusi  ayaqqabı sabunu ilə də təmizləmək olar. Əgər sudan istifadə etmisinizsə, təmizləməni bitirdikdən sonra ayaqqabını qurumağa qoyun. Sonra ayaqqabını yumşaq dəsmal ilə silə bilərsiniz.

2. Krem vururuq.

Krem əvəzinə qutalindən və maye vasitələrindən istifadə etmək olar. Kremi  ayaqqabı ilə eyni rəngdə(tonda) seçmək lazımdır. Aldığınız kremin uyğun olub olmadığına əmin deyilsinizsə, ayaqqabının görünməyən tərəfindən kiçik bir sahəyə krem vurub, cılalayın. Ayaqqabının öz rəngindən biraz tünd və ya kremin 2 rəngini(tonunu) qarışdıraraq, açıq və tünd qəhvəyi ayaqqabıya xüsusi görünüş vermək olar.  Açıq qəhvəyi ayaqqabı üçün yarım ton daha tünd rəngli krem seçin və üzərinə çəkib, cılalayın. Tünd qəhvəyi ayaqqabı üçün qəhvəyi kremə azca qara rəng əlavə edib yaxşıca qarışdırmaq lazımdır. Sonra isə ayaqqabının üzərinə çəkin və yaxşıca cılalayın.

3. Parıldadırıq
Sirr deyil ki, yaxşı parıldadılmış ayaqqabılar əla görünürlər. Belə nəticəyə nail olmaq üçün, tək krem kifayət etmir. Ən əsası – texnika və məharətdir. Parıldatma üçün sizə pambıqdan olan yumşaq parça və biraz su lazım olacaqdır. Kremi ayaqqabının üzərinə çəkdikdən sonra, parçanı götürün və şəhadət barmağınıza dolayın. Bundan sonra ayaqqabı üzərinə suyu damcılladıb, barmağınızın dairəvi hərəkətləri ilə ayaqqabının səthini parıldatmağa başlayın. Axırda, daha çox parıltı vermək üçün yumşaq fırça ilə ayaqqabı üzərindən bir neçə dəfə keçin.

4. Ayaqqabının altlığını qaydaya salırıq
Altlıq – ayaqqabının elə hissəsidir ki, oraya əlin də növbəsi, təəsüf ki, hər zaman çatmır. Ən yaxşı halda onu tozdan və palçıqdan təmizləyirlər, ən pis halda ona heç fikir də vermirlər. Lakin altlığın qayğısına qalmaq lazımdır, xüsusilə də yağışlı günlərdə. Ayaqqabı dükanından xüsusi təmizləyici vasitə alın və ya adi yağdan istifadə edin. Altlığı müntəzəm olaraq yağ və ya xüsusi mərhəmlərlə sürtərək onun istismar müddətini uzadacaqsınız və mexaniki yüklənmələrə daha davamlı edəcəksiniz.

Gördüyünüz kimi, ayaqqabılara qulluq  – o qədər də zəhmətli iş deyil və çox vaxt aparmır. Ən əsası – müntəzəmlikdir. Və bundan sonra siz mağazaya daha çox yeni cüt dalınca deyil, yeni krem almaq üçün gedəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir