Ayrılıq acısından qurtulmaq üçün 12 addım

Baxış sayı: 1. 757

Eşq acısı çəkənlər, keçmiş sevgilisini unutmaq istəyənlər üçün bir neçə təmrindən ibarət “terapiya” kursu müəyyənləşib. Bu addımları təqdim edirik:

Telefon, mesaj, e-poçt, məktub və s. ilə heç bir şəkildə əlaqə yaratmayın.

İlk həftəni ağlamaqla, üzüntü ilə keçirə bilərsiniz. Ancaq sadəcə bircə həftə!

Dostlarınızla vaxt keçirin. Mümkün olduğu qədər tək qalmamağa və əyləncəli vaxt keçirməyə çalışın.

Evinizdə, ofisinizdə dəyişikliklər etməyə başlayın.

Bol-bol rəqs edin.

Eqonuzu yüksəldəcək şeylər edin. Sizə hörməti olan, bəyənən insanlarla birlikdə olun.

Hiss etdiklərinizi yazın.

İdman edin.

Yeni bir münasibətdən imtina etməyin.

Sakit və rahatlıq verəcək şeylər edin.

Onunla ortaq olan dostalarınızla bir müddət görüşməyin.

Onu düşündüyünüzdə mənfilərini və sizə niyə layiq olmadığını yazın.