Əməkdar artist Nahidə Orucova ayrıldığı həyat yoldaşından danışıb.
Aktrisa “Gün üzü” verilişində keçmiş əri ilə dost olduğunu deyib: “Bir yerdə yaşaya bilmirik. Ona görə də ayrıldıq. Amma münasibətimiz davam edir. Övladımıza görə bir araya gəlirik. Ayrılsaq da, keçmiş həyat yoldaşımla görüşürəm. Dost qalmışıq. Pis gündə bir-birimizdən kömək istəyirik. Hətta mənə maddi yardım da edir”.