aytac

Aytac Vidadiqızı Afaq Aslanla arasındakı məhkəmə prosesindən danışdı

Baxış sayı: 2. 106

Aytac Vidadiqızı “Gencaile.az”a açıqlamasında Afaq Bərdəli ilə arasındakı məhkəmə prosesindən danışıb:

“Aslanova Afaq Məcid qızıTabloid.az” və “Lent.az” internet saytlarında mənim barəmdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatları əks etdirən müsahibəsində məni təhqir etmiş və şərəf və ləyaqətimə xələl gətirə bilən ifadələr işlətmişdir.

Buna baxmayaraq  o barəmdə işlətdiyi ifadələrə görə məndən üzr istəyib, bu barədə məlumatı yaydığı saytlarda təkzib vermək əvəzinə məni məhkəməyə müraciət etməyə səslədi.

Mən də hüquqlarımı müdafiə etmək üçün 16 mart 2015-ci ildə Yasamal rayon Məhkəməsinə müraciət etdim. İddiam hakim Şeyda Məhərrəmovanın icraatına verilmişdir.

Məhkəmənin 13 aprel 2015-ci ilə, saat 9:45-ə təyin edilmiş hazırlıq iclasına cavabdeh Aslanova Afaq Məcid qızı heç bir səbəb gətirmədən gəlməmişdir.

04 may 2015-ci il tarixə saat 11:45-ə təyin edilmiş məhkəmə iclasına bu barədə çagırış alsa da yenə də gəlməmişdir.

26 may 2015-ci ilə saat 11:15-ə təyin edilmiş məhkəmə iclasına təkrar olaraq heç bir üzürlü  səbəb olmadan cavabdeh Aslanova Afaq məhkəmə iclasına gəlməmişdir.

Bundan sonra cavabdeh Aslanova Afaqın iştirakı olmadan işə baxan hakim Şeyda Məhərrəmova barəmdə işlədilmiş ifadələrin təhqir xarakterli ifadələr olub-olmamasını müəyyən etmək üçün məhkəmə linqivistik  ekspertizası təyin etmişdir.

Mənim üçün maraqlıdır görəsən Aslanova Afaqı barəmdə həqiqətə uyğun olmayan məlumatları yaymasına nə vadar etmişdi ki, indi hesab verməli anda qaçıb məhkəmədən gizlənir. Hanı onun məhkəmədən qabaq at oynatdığı günləri, bilmirdi ki, axsax ata minib çapanda at onu çox dərin çuxurlara sala bilər. Axsax at dedikdə mən boş-boş heçbir əndazəyə sığmayan köpük kimi özünün dediyi kimi faktlara ümid etməsini nəzərdə tuturam.

Məhkəmədən əvvəl onun mənim barəmdə dediklərinin bir qismini olduğu kimi təqdim edirəm”.

“Açıqlamalarınız çoxdankı bilgilərinizə əsaslanır. İndiyədək niyə susurdunuz ?” sualına;

-Yenə də danışmazdım. Ancaq mənim haqqımda danışmağı, mətbuata verdiyi müsahibə məni çilədən çıxartdı. Guya ona şər atıram, otel zad tanımır, aydan arı, sudan durudur, xəbərimiz yox. Bunu oxudum, cin vurdu təpəmə. Xəbəri də mənə dostlarım yolladı ki, Aytac sənin haqda belə şeylər danışıb. Əvvəlcə danışmaq istəmədim. Çünki mən danışsam, gərək o ölkədən köçə. Axırda da yumdum gözümü, açdım ağzımı…” deyə cavab vermişdir.

Jurnalistin “Onu lezbiyanlıqda ittiham etmisiniz. Qorxmursunuz ki, bu cəsarətiniz sizə baha başa gələ. Məsələn, məhkəməyə verilsəniz, nə edəcəksiniz? Dediklərinizi sübut edə biləcəksinizmi?” sualına müğənni belə cavab verib:

-Məhkəmə uşaq baxçası deyil ki, belə şeylərə vaxt ayırsın. Məhkəməyə nə deyəcək? Deyəcək ki, mənim lezbiyanlığımı sübut et? Şər atmıram ki, düz üzünə deyirəm. Mən olan yerdə o deşik axtarır girməyə. Afaqın olmadığı yerdə isə şirə dönür. Məhkəməyə müraciət etmək də o deməkdir ki, mənim qarşıma çıxmalıdır. Buna isə cəsarəti çatmaz.

Göründüyü kimi məni məhkəməyə müraciət etməyə vadar edən Aslan indi özü yoxa çıxıb. Hardadı onun gizləndiyi o yuva, o ev ki, məhkəmə çağırışı göndərək gəlsin öz cəsarətini məhkəmədə göstərsin.

Məhkəmədən əvvəl barəmdə dediklərini gəlib sübut etsin. Niyə gizlənir, nə vaxtadək məhkəmədən qaçacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir