menzil -qiymet

Azərbaycana “kirayə ordusu” gəlib: ev qıtlığı yaranacaq – Qiymətlər isə…

Baxış sayı: 614

Rusiya ilə Ukrayna arasında davam edən müharibə Ukraynadan əhalinin başqa ölkələrə axın etməsini şərtləndirir. Proses artıq bir müddətdir davam edir. Təbii ki, ölkəni tərk edənlər arasında azərbaycanlılar da az deyil.

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynovun sözlərinə görə, Ukraynadan Azərbaycana 9500-dən artıq şəxs təxliyə edilib.

Maraqlıdır, vətəndaşların ölkəyə axını kirayə mənzil bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, Ukraynadan Azərbaycana gələn şəxslər, xüsusən də Bakı şəhərində kirayə mənzil bazarında qiymətlərə və mənzil qıtlığına səbəb ola bilər:

elnur ferzeliyev

“Amma bu, kütləvi olmayacaq. Çünki buradan işə görə gedən həmyerlilərimizin demək olar ki, böyük əksəriyyətinin müxtəlif bölgələrdə, şəhərlərdə öz evləri var. Təbii ki, gələnlər öz evlərinə yerləşəcəklər. İmkanlı şəxslər Rusiya-Ukrayna müharibəsindən öncə oradan çıxıblar. Amma təəssüflər olsun ki, bu vəziyyətdə evakuasiya olunanlar məcburi köçkün kimi hər bir şeylərini itirmiş halda gəlirlər. İstər maddi və ya digər cəhətlərdən artıq sıxıntılar var. Bu baxımdan, kirayə evlərə tələbat artsa da, bu, bahalı evlərə elə də təsir etməyəcək”.

Müsahibimiz bildirir ki, gələn soydaşlarımızın bir hissəsi tələbələr, digər hissəsi ailə və iş dalınca gedən kişilər idi:

menzil

“Onların da əksəriyyəti öz evlərinə qayıdırlar. Ümumiyyətlə, hazırda Ukraynadan gələnlər arasında əmlak alışı ilə bağlı müraciət yoxdur, varsa da, yəqin, kənar yerlərdən maraqlanırlar. Ev alışı ilə bağlı maraqlanan olmasa da, bu, kirayə mənzil bazarına təsirsiz ötüşməyəcək. Digər tərəfdən, müharibə nəticəsində orda yaşayan, evləri olanların da böyük əksəriyyəti zərər görüblər. Ukraynadan növbəti şəxslərin gəlişinin bazara təsirini isə zaman göstərəcək. Çünki ordan çıxan insanların (vətəndaşlığı olan) çoxu Avropaya üz tuturlar. Azərbaycana dönən vətəndaşlarımız isə hansısa formada ucuz kirayə evlərində qıtlığın yaranmasına səbəb olacaq. Bu istiqamətdə qiymət artımı da gözləniləndir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir