Bu sözlər azərbaycan dilində yoxdur…
1. Kilig (Taqal dili) – Romantik bir hadisə baş verəndə mədənizdə kəpənəklərin uçduğu hissinin yaranması.
2. Boketto (Yapon dili) – Bir mənzərəni heç bir mənası olmadan və bir şey ifadə etməyə çalışmadan seyr etmək.
3. Ya’arburnee (Ərəb dili) – Çox dərindən sevdiyiniz biri olmadan yaşaya bilməyəcəyinizi düşündüyünüz üçün ondan öncə ölmək istəyinizi ifadə etmək. Söz “məni basdır” olaraq tərcümə oluna bilər.
4. Depaysement (Fransız dili) – Öz vətənində yaşamamaq, yaşadığın yerdə yad olmaq hissi.
5. Jayus (İndoneziya dili)- Çox uğursuz, gülməli olmayan və insanı məhz bu səbəbdən güldürən zarafat.
6. Culaccino (İtalyan dili)- Stəkanı stoldan götürdükdən sonra aşağısında qalan mayenin izi.
7. Greng-jai (Tai dili)– Bir insanın sizin üçün özünə ziyan edəcək yaxşılıq etməyini istəməməyiniz hissi.
8. Mecolek (İndoneziya dili)- Birinin çiyninə zarafatca vuraraq “təlxəklik” etmək.
9. Pana Po’o (Havay dili)- Başınızı unutduğunuz bir şeyi xatırlamaq məqsədi ilə qaşımaq.
10. Chi Ku (Çin dili)– “Qəzəbini yemək”. Bir insanın çətinliklərinə baxmayaraq qəzəbli insan olmamaq bacarığı.
11. Gigil (Taqal dili)- Qarşıqoyulmaz dərəcədə şirin olan birini çimdikləmək istəyi.
12. Kyoikumama (Yapon dili)- Bezmədən öz övladlarının akademik uğuruna təkan verən ana.
13. Cafune (Braziliyanın Portuqal dili)- Barmaqlarınızla birinin saçına nəzakətlə oxşamaq.
14. Yakamoz (Türk dili)- Ay işığının suda əks olunmağı.
15. Pochemuchka (Rus dili)- Çoxlu sual verən insan.
16. Verschlimmbessern (Alman dili)- Bir problemi düzəltməyə çalışarkən daha da pis etmək.
17. Zhaghzhagh (Fars dili)- Soyuqdan donarkən dişlərin titrəyərək bir-birinə toxunması.
18. Layogenic (Taqal dili)- Uzaqdan yaxşı görünən, amma yaxınlaşanda nə qədər pis olduğunun fərqinə vardığımız bir şey. (pahoo.az)