evlilik

Azərbaycanda evlilik krediti varmı?

Baxış sayı: 484

Türkiyədə 15-30 aprel tarixləri arasında təhsil proqramlarına qatılan və rəsmi nikahlarını edən cütlüklərə evlilik krediti veriləcək. Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş bildirib ki, zəlzələ bölgəsində pilot olaraq həyata keçirilən Ailə və Gənclik Fonduna indiyə qədər 9 min 38 cütlük müraciət edib.

 

Azərbaycanda evlilik krediti varmı?

İqtisadçı Pərviz Heydərov bildirir ki, evlilik krediti Azərbaycanda yoxdur, olmayıb. O ki, qaldı ümumiyyətlə belə bir kredit növünün olması məsələsinə, belə kredit növləri əsasən əhalinin artımını stimullaşdırmaq məqsədi ilə həyata keçirilən siyasətin tərkib hissələrindən biri olub. Yəni o ölkədə ki, dövlət əhalinin artmasında, əhalinin artımının sürətlənməsində maraqlıdır, həmin ölkələrdə bunun üçün stimullaşdırıcı siyasət həyata keçirilir. Belə ki, çox uşaqlı ailələrə dövlət dəstəyi həyata keçirilir, uşaq pulu verilir o cümlədən gənclərin evliliyi dövlət tərəfindən dəstəklənir. Buna müvafiq maliyyə yardımı həyata keçirilir, güzəştli kreditlər verilir, mənzillə təmin olunur və s.

“O cümlədən evlilik krediti o ölkələrdə daha çox geniş təsdiq tapır ki, o ölkələrdə əhalinin artmasında hökümət və dövlət maraqlıdır”-deyə iqtisadçı bildirir.

 

Azərbaycanda gənclərdə evlililiyin situmullaşdırılmas üçün hansı mexanizmlər mövcuddur?

İqtisadçl bildirir ki, evlilik krediti olmasa da bizdə də gənc ailələrin ipoteka krediti ilə təmin olunmasında sosial ipoteka deyilən kredit növü mövcuddur ki, onun faizi 4 faizdir. Və məbləği də yüksək həddədir.

“Sosial ipoteka o ailələrə, o evliliklərə verilir ki, onlar gənc ailələr sayılır. Həmin sosial ipotekanın da verilməsində məqsəd gənclərin, gənc evliliklərin mənzil və müvafiq şəraitlə təmin olunmasına dəstək göstərməkdir. Yəni Azərbaycanda evlilik krediti olmasa da, sosial ipoteka var. Bundan başqa gənc ailələrin meydana gəlməsi üçün digər maliyyə dəstəkləri, güzəştli kredit mexanizmləri demək olar ki, yoxdur”-deyə iqtisadçı vurğulayıb.

 

Azərbaycanda evlilik kreditinə ehtiyac varmı?

Pərviz Heydərovun fikrincə, sırf evlilik krediti olmasa da sosial ipoteka kredit növü kimi müxtəlif təyinatlar üzrə gənclərin maliyyə dəstəyi, onların ailə qurmaları üçün müvafiq maliyyə dəstəyi ilə təmin olunması baxımından müvafiq siyasətə ehtiyac var. Bu istiqamətdə müəyyən mexanizmlərin təşkilinə zərurət var. Ekspert hesab edir ki, bu haqda fikirləşməyə dəyər.

“Azərbaycan əhalisinin sayı 10 milyondan yuxarıdır. Amma Qarabağ müharibəsi zamanı çox itkimiz oldu. Eyni zamanda əhalinin özünün yaş göstəricilərində müvafiq analiz təhlil apardıqda, görünür ki bizim dövlət də, bizim hökumət də əhalinin sayının artmasında əslində maraqlı olmalı və bu istiqamətdə stimullaşdırıcı siyasət həyata keçirməlidir. Bunun üçün sosial ipoteka kreditindən əlavə olaraq, gənc ailələr üçün daha aşağı faizlə kreditlərin verilməsi məqsədə uyğun olardı. Bundan başqa gənc ailələrin üzvləri əsgər və ya tələbə olduqları təqdirdə, onların təhsili üçün müvafiq maliyyə dəstəyinin həyata keçirilməsi faydalı olar”-deyən iqtisadçı vurğulayıb ki, bununla yanaşı “uşaq pulu” deyilən mübahisəli bir mövzu var.

“Gənc ailələrdə iki və ondan daha çox uşaq olduqda, dövlət tərəfindən müvafiq mexanizm əsasında maliyyə yardımı həyata keçirilməlidir”-deyən iqtisadçının fikrincə, evlilik krediti olmasa belə, digər müvafiq dəstəyin olması yaxşı olar.

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir