KUKLA

Azərbaycanda növbəti oyuncaq QALMAQALI

Baxış sayı: 1. 168

Şüuraltı olaraq uşaqların davranışlarına, gələcək də cinsiyyət problemlərinin formalaşmasına təsir edəcək oyuncaqların ölkəyə gətirilməsinin qarşısı alınmalıdır”.

Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə deyir. Birlik sədri bildirir ki, sözügedən oyuncağın fotosunu ilk olaraq sosial şəbəkə hesablarında paylaşıb:

“Mən insanların düşüncələrini öyrəndikdən sonra bu barədə, yəni bu cür oyuncaqların uşaqlara zərərləri, nəyə görə bunların satışı qadağan olunmalıdır suallarına aydınlıq gətirmək istədim. Cinsiyyəti tam olaraq bilinməyən oyuncaqlar istər oğlan, istərsə də qız uşaqlarının formalaşmasına mənfi təsir edir. Biz bu gün göy balina oyunu və uşaqların daha çox qapanmağa məruz qaldöğı digər oyunlardan danışırıq, ancaq bu tip oyuncaqlardan danışmırıq”.

K.Ağazadə əlavə edir ki, hazırda əksər valideynlər övladları üçün oyuncaqlar alarkən diqqət etmirlər:

“Onlar fərqinə varmırlar ki, bu uşaqlar üçün zərərlidir. Bəlkə də heç cinsiyyəti ilə maraqlanmır, geyimini soyundurub baxmırlar. Biz isə uşaqların bu barədə valideynlərinə verəcək suallara nə cavab aldıqlarını bilmirik.

Ümumilikdə, söhbət Azərbaycandan yox, dünyadan gedir ki, hazırda homo problemləri çox genişlənir. Bunun qarşısını alaraq, xüsusən də uşaqları mənfi təsirdən qorumaq lazımdır. Valideynlər isə bu məsələdə çox diqqətli olmalıdırlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir