pedofill

Azərbaycanda pedofillərin sayı niyə artır?

Baxış sayı: 534

Üç gün əvvəl Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanıldı. “Mahir manyak”ın izini itirmək üçün olmazlara əl atdığı üzə çıxdı. 

sen.jpg (34 KB)

“Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şübhəli şəxs necə saxlanıldı? O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü. 4 gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdı. Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərini araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı. Onun saxlanılması istiqamətində əməliyyat qruplarına kömək edən vətəndaşlara təşəkkür edirik”, – deyə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev qeyd edib.

8f3ab2f3-f503-32b8-b9d7-ca457c8bbf05_850.jpeg (81 KB)

Pedofiliya niyə artıb və cəmiyyət pedofillərə qarşı mübarizəni necə qurmalıdır?

Psixoterapevt Elmir Əkbər bildirir ki, bu gün bütün problemlərin artımı müşahidə olunur:

elmir.PNG (1.31 MB)

“Burada koronavirusun və pandemiya dönəminin insan psixikasına vurduğu zərbənin rolu da var. Bütün dünyada bu təlatüm yaşanılır. Sanki gölməçənin dibində olan bütün çirk üzə qalxıb. Dünya da çalxalandığına görə bütün problemlər üzə qalxır və problemli insanların sayı artır. Amma bu kimi halların üstünün açılmasında, həmin şəxslərin tutulmasında insanların gözünün açılması əsas rol oynayır. Əhali ayıq gözlə yanaşır, hüquq-mühafizə orqanlarına müraciət edir. Burada hüquq-mühafizə orqanlarının işini də lazımınca dəyərləndirmək lazımdır.

Faktorlar çoxdur, ən əsası, insanlar bilməlidir ki, problemlər də artır. Narkomaniya tüğyan edir, psixoloji, psixiatrik pozuntular artır. Əsas məsuliyyət valideynlərin üzərinə düşür. Onlar ayıq-sayıq olmalıdırlar. Valideynlərin xüsusi peşəkar hazırlıqları olmalıdır, onların təlimlərə ehtiyacı var. Sadəcə sözlər kifayət etmir. Bu təlimlər ona görə vacibdir ki, valideynlər övladlarını psixoloji baxımdan doğru yönləndirə bilsinlər, uşaq nadürüst, problemli qrupların və insanların qurbanına çevrilməsin”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir