xeste

Azərbaycanda xəstə sirləri necə qorunur? – qanun və reallıqlar

Baxış sayı: 1. 549

Son həftələrdə özəl klinikalarda aparılan yoxlamalar xəstələrin şəxsi məlumatlarının yayılması ilə müşayiət olunur. Xüsusən də estetik əməliyyata girənlərin məlumatları, kimlikləri deşifrə olunur. Halbuki bu sayaq məlumatlar bir qayda olaraq, gizli saxlanılmalı, insanların məhrəmi sayılmalı və həkimlə xəstə arasında əməliyyat öncəsi bağlanan müqavilənin əsas şərtlərindən biri kimi qeydə alınmalı idi.

 

Seda Sayanı satan həkim məhkəmə qarşısına çıxdı

“Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alaraq, onun detalları ilə sizləri tanış edir. Ümumən plastik cərrahiyyənin şərtlərindən biri oradakı məxfiliyin saxlanmasıdır. Xüsusən də ortada insanın özəl məlumatları varsa. Dünya ölkələrində bununla bağlı dəfələrlə ciddi qalmaqallar baş verib. Elə qonşu Türkiyəni götürək. Qardaş ölkədə qadın sənətçilərin tez-tez plastik cərraha müraciət etməsi faktını nəzərə alsaq, qadınların da onları təqib etdiyi şübhəsizdir. Hər sənətçi burnuna, dodaqlarına, sinəsinə estetik müdaxilə etdirən kimi bu, diqqətli tamaşaçıların nəzərindən yayınmır. Və onlar dərhal bu dəyişikliyin mənbəyini tapıb üzə çıxarmağa çalışırlar. Və qalmaqal da bu zaman qopur. Türkiyənin maqazin mediasında dəfələrlə sənətçilərlə estetik cərrahları arasında ciddi dartışma yaranıb. Buna səbəb estetik cərrahların onlara müraciət edən məşhur pasientlərlə özlərini reklam etməsi olub. “Mən Seda Sayanı dəfələrlə cavanlaşdırmış həkiməm” deyən həkimin qalmaqalı yaddan çıxmayıb. O, bu sözünə görə məhkəmə qarşısında cavab verib.

Amma Türkiyədə “məşhurların estetik cərrahları” adı altında tanınan bir kateqoriya var. Onlar yanlarına gələn pasiyentlərə heç bir məşhurla bağlı sirr verməsələr də, bu günə qədər sonuncular öz müsahibələrində adlarını çəkiblərsə, bundan faydalanırlar.

 

Qəddafinin plastik cərrahı danışdı, amma öləndən sonra..

2011-ci ildə Liviya prezidenti Müəmmər Qəddafinin üzündə plastik cərrahiyyə əməliyyatının keçirilməsində iştirak etmiş braziliyalı cərrah Liasyar Ribeyro bu barədə danışıb. Liasyar Ribeyro bildirib ki, Müəmmər Qəddafinin məxfi bunkerinə 1995-ci ildə dəvət olunub. Müəmmər Qəddafi cərraha deyib ki, 25 ildir hakimiyyətdədir və gənc insanların bir qoca tərəfindən idarə olunduqlarını düşünmələrini istəmir. Liasyar Ribeyro Müəmmər Qəddafinin qarnından piy götürüb və üzündəki qırışları bu piyin köməyi ilə düzəldib. Onun başına parik də yerləşdirilib. Cərrahiyə əməliyyatı 4 saat çəkib.

Cərrahi əməliyyat zamanı Müəmmər Qəddafi 53 yaşında olsa da, 10 il daha yaşlı görünürmüş. Liasyar Ribeyro Liviya prezidentinin diqqətinə çatdırıb ki, plastik əməliyyatın effekti 5 il olur, sonra yenə əməliyyat tələb olunur. Müəmmər Qəddafi isə onu yenidən Tripoliyə dəvət edəcəklərini söyləyib. Liasyar Ribeyro növbəti dəfə Tripoliyə 2000-ci ildə dəvət olunub….

hasta doktor ilişkisi ile ilgili görsel sonucu

Özləri etiraf edənlər də var

Amma bəzi məşhurlar plastik əməliyyatdan keçmələri barədə özləri etiraf edirlər. Məsələn, 2014-cü ilin Kann Festivalı Nikol Kidman üçün bir dəhşətə çevrildi. Aktrisanın baş rolu ifa etdiyi “Şahzadə Monako” filminin təqdimatından sonra şərhlərdə “Onun üzü sanki daşdır. O, deyəsən yenə də botoks etdirib” yazılmağa başladı. Kidman qırmızı xalıya üzü şişmiş, son dərəcə hamar olan alnı ilə çıxaraq onların fərziyyələrini bir daha təsdiq etdi.

Qeyd edək ki, Kidman artıq bir neçə dəfə iynələr vasitəsilə gözəlləşib. 2013-cü ilin fevralında o etiraf etdi ki, botoks etdirib və bu təcrübəni bir daha təkrar etməyəcək, bunu  yalnız üz dərisinə nəzarəti bərpa etmək üçün edib. Görünür, aktrisa vədinə əməl etməyib.

Amerikanın məşhur aparıcısı Coan Rivers isə deyib ki, o, 739 plastik əməliyyat etdirib. “Bu, 9-10 dəfə kofe almaqdan sonra birini havayı qazanmaq kimi bir şeydir. Beləliklə, asılılıq yaradır” deyə Amerika teleaparıcısı özü etiraf etmişdi. “Süni siması” belə onu reytinqli verilişlər aparmaqdan çəkindirmir. Tamaşaçılar onun iti zəkasına heyran olsalar da, Coan özü öz üzünə belə gülümsəməkdən çəkinir. Onun “İstərdim ki, əkiz bacım olsun və indi ona baxıb özümün əməliyyatsız necə görünəcəyimi görüm” dediyi hələ də dillərdə dastandır.

 

Bizdəki qanun – dəyişiklik təklifi…

Azərbaycanda həkim sirrinin açıqlanması hallarının siyahısı genişləndirilir. Bir il bundan öncə bununla bağlı “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna dəyişiklik təklif edilmişdi. Hazırda qüvvədə olan qanuna əsasən, vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirri təşkil edir. Vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması haqqında ona zəmanət verilir.

Mövcud qanunvericiliyə əsasən, həkim sirrini təşkil edən məlumat vətəndaşın, yaxud onun qanuni nümayəndəsinin razılığı olmadan yalnız vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə, yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə, istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə, yetkinlik yaşına çatmayanların valideynlərinə, yaxud qanuni nümayəndələrinə məlumat vermək məqsədilə, hüquqa zidd hərəkətlər və vətəndaşın sağlamlığına vurulan zərər barədə şübhə olduğu hallarda açıqlana bilər. Dəyişiklik layihəsinə əsasən, bundan sonra həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının sorğusu ilə həkim sirri açıqlana bilər.

Ä°lgili resim

Vətəndaşın tibbi yardım üçün müraciət etməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Hər bir pasiyent öz şəxsi sirrinin gizli saxlanılması hüququna malikdir, həkim də, müalicə prosesində iştirak etmiş digər insanlar qədər həkim sirrini və eləcə də əgər pasiyent başqa cür göstəriş verməmişsə, onun müalicə üçün müraciət etməsi faktını belə qorumalıdır. Pasiyent sirri xəstənin müayinə və müalicəsi zamanı alınan bütün məlumatları (diaqnoz, müalicə üsulları, proqnoz və s.) özündə ehtiva edir. Eyni zamanda pasiyentin müalicə prosesində iştirak etmiş digər şəxslərin (qeydiyyat işçiləri, tibb bacıları və s.) də tibbi sirri qorumalarını təmin edilir.

Vətəndaşın tibbi yardım üçün müraciət edilməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiya həkim sirrini təşkil edir. Vətəndaşın verəcəyi məlumatın qizli saxlanılması haqqında ona zəmanət verilir.

Vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara və vəzifəli şəxslərə verilə bilər.

Həkim sirrini təşkil edən məlumat vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı olmadan digər şəxslərə aşağıdakı hallarda verilə bilər:

– vətəndaş öz vəziyyətini izah etmək qabiliyyətinə malik olmadıqda, vətəndaşı müayinə və müalicə etmək məqsədilə;

– yoluxucu xəstəliklərin yayılması təhlükəsi olduqda, kütləvi zəhərlənmələr və zədələnmələr baş verdikdə;

– istintaq və təhqiqat orqanlarının, prokurorun və məhkəmənin sorğusu ilə;

– yetkinlik yaşına çatmayanların valideynlərinə və ya qanuni nümayəndələrinə məlumat vermək məqsədilə;

– hüquqa zidd hərəkətlər və vətəndaşın sağlamlığına vurulan zərər barədə şübhə olduqda.

– Həkim sirrinə qanuni qaydada yiyələnən şəxslər onun yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

– Xəstənin müalicəsində iştirak edən digər şəxslərin həkim sirrinə riayət etməsinə müalicə həkimi tərəfindən nəzarət edilməlidir.

– Tibbi məlumatlardan istifadə hüququ olan şəxslər pasiyent haqqında əldə edilən bütün məlumatların məxfiliyini qorumalıdırlar.

– Elmi tədqiqatlar, tələbələrin təlimi və həkimlərin təkmilləşdirilməsi prosesində həkim sirrinə riayət edilməlidir.

Azərbaycanda vətəndaşın tibbi yardım üçün müraciət edilməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiyanın həkim sirrini təşkil etməsi “Həkimlərin etik davranış Qaydaları”nda da müəyyənləşib. Vətəndaşın verəcəyi məlumatın qizli saxlanılması haqqında ona zəmanət verilir. Vətəndaşın və ya onun qanuni nümayəndəsinin razılığı ilə həkim sirrini təşkil edən məlumat pasiyentin müayinə və müalicəsinin mənafeyi naminə elmi tədqiqatların aparılması, elmi ədəbiyyatda nəşr edilməsi, tədris və digər məqsədlərlə istifadə olunması üçün başqa vətəndaşlara və vəzifəli şəxslərə verilə bilər.

Həkim sirrinə qanuni qaydada yiyələnən şəxslər onun yayılmasına və bununla əlaqədar vətəndaşa dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Xəstənin müalicəsində iştirak edən digər şəxslərin həkim sirrinə riayət etmələrinə müalicə həkimi tərəfindən nəzarət edilməlidir. Tibbi məlumatlardan istifadə hüququ olan şəxslər pasiyent haqqında əldə edilən bütün məlumatların məxfiliyini qorumalıdırlar. Elmi tədqiqatlar, tələbələrin təlimi və həkimlərin təkmilləşdirilməsi prosesində həkim sirrinə riayət edilməlidir.

 

Zibeydə Zəkəriyyəyeva: “Ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti yaranır”

Hüquqşünas Zibeydə Zəkəriyyəyeva bildirdi ki, Azərbaycan Konstitusiyanin 32-ci maddəsinə və konvensiyanın 8-ci maddəsinə əsasən, hər kəsin şəxsi həyatına hörmət edilməlidir. Onun sözlərinə görə, heç kimin razılığı və xəbəri olmadan şəxsi məlumatlar toplana, yayıla bilməz: “Şəxslərin özləri öz barələrindəki məlumatlarla tanış ola bilərlər. Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən, 19 sentyabr 2012-ci ildə qəbul edilən  tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər işçilərin nümunəvi vəzifə təlimatlarında da bu barədə yer alıb. Orda qeyd edilib ki, həm tibb müəssisəsinin rəhbəri, həmçinin digər işçilər tibbi etik davranış qaydalarına, tibbi etikaya, əmək qanunvericiliyinin əsaslarına riayət etməlidir. Buna görə maddi, intizam, inzibati məsuliyyət daşıyır. Ağır nəticələrə səbəb olduqda cinayət məsuliyyəti yaranır”.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir