Son 4 ayda 4,1 min boşanma halı qeydə alınıb.
2016-cı ilin dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 19,7 min nikaha daxilolma və 4,1 min boşanma halları qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) qeyd edilib.
Komitədən bildirilib ki, qeydə alınmış nikahlardan 347-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanılıb.
Bundan başqa, DSK-dan qeyd olunub ki, ötən il Azərbaycan vətəndaşı olan 292 kişi xarici ölkə vətəndaşı olan qadınla ailə qurub.