Qeyd edək ki, müxtəlif klinikalarda apardığımız sorğu zamanı əməliyyat qiymətinin 5500 manatla 8000 manat arasında dəyişdiyinin şahidi olduq.
Ginekoloq-cərrah Qızqayıt İsmayılova əməliyyatın bir neçə klinikada həyata keçirilməsinin səbəbini belə izah edir:
“Orqanizm müalicələrə reaksiya vermədiyi halda süni mayalanma qaçılmazdır. Bu, daha çox yaşı 30-dan yuxarı olan qadınlara tövsiyə olunur. Lakin istisna hallar da ola bilər. Yəni, qadında hamilə qalmağa mane olan hər hansı bir patologiyanın aşkarlanması yaş amilini aradan qaldıra bilir. Buna müayinələrlə qərar verilir. Sonsuzluğun sayının artmasına baxmayaraq, süni mayalanmaya gedən qadınlar azdır. Hər 10 qadından 3 nəfəri süni maylanmanı seçir. Böyük məbləğ müqabilində 35 faiz təminatla süni mayalanmanın həyata keçirildiyini biləndə əksəriyyət razılaşmır”.
Həkim bu prosesin kifayət qədər baha olmasını belə izah edib: “Hazırda süni mayalanma hər bir klinikda edilmir. Az sayda klinikalar var ki, bu metod tətbiq olunur. Bu səbəbdən də əməliyyat baha başa gəlir. Əməliyyatın özü çətin və riskli olduğundan xərclər daha da artır. Düşünürəm ki, bu proses bütün klinikalarda həyata keçirilsəydi, qiymətlər münasib olardı. Minimum 3 dəfə bu proses təkrarlandıqdan sonra hamiləlik baş verə bilər. Baş vermədikdə qadınlar bir daha müraciət etmir. Bədəndə kifayət qədər progestiron olmadığından hamiləlik davam edə bilməz. Buna görə də süni mayalanma ilə hamilə qalan qadın hamiləlik bitənə qədər həkimin müayinəsində olmalıdır. Həm maddi, həm də mənəvi baxımdan çətin bir prosesdir. Elə hallar da olur ki, artıq qadının bütün ümidləri qırılır və cütlük suroqqat anaya müraciət edirlər. Bu o deməkdir ki, mayalanma prosesi başqa bir qadında həyata keçirilir. Tibbi baxımdan süni mayalanma prosesinin təkrar olunmasının heç bir məhdudiyyəti yoxdur. Sonda qadının vəziyyətindən asılı olaraq doğuş normal və qeysəriyyə əməliyyatı vasitəsilə həyata keçirilir”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Reproduktiv sağlamlıq haqqında” qanunda bütün bunların öz əksini tapdığını bildirib: “10 ildən çox uşağı olmayan ailələrə belə əməliyyatın pulsuz həyata keçirilməsini nəzərdə tutan qanun layihəsi hazırdır. Layihənin maliyyə tutumu böyük deyil. Bu layihə çox əhəmiyəlidir. Gündəmdə olmasına baxmayaraq, biz bunu ortaya qoya bilmirik. Düşünürəm ki, müasir texnologiyalar, xüsusi ixtisaslaşmış həkimlər lazım olduğundan, süni mayalanma respublikamızda baha başa gəlir. Ola bilər ki, zamanla ucuzlaşma olacaq”.
Deputat qeyd edir ki, bu gün Azərbaycanda nikaha girənlərin 10-13 faizi övlad sahibi ola bilmir, sonsuzluq halı qeydə alınır: “İmkanlı ailələr əksər hallarda süni mayalanmaya müraciət edir və istəklərinə nail olur. Lakin az təminatlı ailələr çox vaxt buna nail ola bilmir. Prosesin nəticəsi olmadığı təqdirdə pasientdən alınan pulun geri qaytarılmamamasına gəldikdə, buna görə müqavilə bağlanmalıdır. Bir vaxtlar süni mayalanma qəbul olunmurdu. İnanıram ki, bir müddətdən sonra maliyyə məsələsi də öz müsbət həllini tapacaq”.
Salam. Cox xahiw edirem mene komek edesiniz!!
4 aydi aileliyem daha once 3 il aileli olmuwam ugursuz kecib ayrilib yeniden aile heyati qordum.
Yoldawimda 5-6 il aileli olub ayrilib ve yeniden menimle aile heyati qorub.
Ne onun ne menim ovladim yox. Yoldawimda damar geniwlenmesinden ugursuz emeliyyat kecirib ve hal hazirda aile munasibetinde cetinlik
Salam. Cox xahiw edirem mene komek edesiniz!!
4 aydi aileliyem daha once 3 il aileli olmuwam ugursuz kecib ayrilib yeniden aile heyati qordum.
Yoldawimda 5-6 il aileli olub ayrilib ve yeniden menimle aile heyati qorub.
Ne onun ne menim ovladim yox. Yoldawimda damar geniwlenmesinden ugursuz emeliyyat kecirib ve hal hazirda aile munasibetinde cetinlik cekir ve bu sebebden uwagimiz olmayacaq bilirem(( Bize bu movzuda nece komek ede bilersiz cox xahiw edirem🙏🏼🙏🏼 Cavab gozleyirem sizden
Mən də bu haqda məlumat almaq istərdim