Azərbaycanlı qadın Elmira Abdullayeva türk kanalına – “Star” televiziyasına ərinin onu döyməsindən danışıb.
Bakı vaxtı ilə axşam saat 21.30-da efirə bağlanan qadına xəbər buraxılışında təxminən 10 dəqiqə vaxt ayrılıb.
Qadın bildirib ki, əri onu döyüb, uşaqlarını ondan alıb: “Uşaqlarımı görə bilmirəm, evimdə qorxu içində yaşayıram, evdə təkəm. Nə edəcəyimi bilmirəm. Döyüb, pulumu da alıb əlimdən”.
4 dil bildiyini deyən qadın televiziyadan yardım istəyib.
Kənan Əliyev, gencaile.az