Azərbaycanlı xanım ABŞ-da qadına ərə getdi

Baxış sayı: 1. 917
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı Kamal Eynullayevin qızı Elnarə Eynullayeva Amerikanın Massaçusets ştatının Biotexnologiya şurasının maliyyə və administrasiya üzrə vitse-prezidentinin qızı Rozali Hyus Fazio ilə ailə həyatı qurub.
 “Nyu York Tayms” qəzetində yer alan məlumata görə, onların toyu Kuinsdəki “Skventum Point Park”da bu gün keçirilib. Toy mərasimi Massaçusets ştat birliyinin icazəsi ilə baş tutub.
Cütlük Fazio-Eynullayeva soyadını götürəcək. Mərasimdə nikah şahidi Massaçusets ştatının senatoru Maykl Barrett olub.
Qeyd edək ki, 32 yaşlı xanım Fazio senator Barretin qanuni məslətçisidir. O, Uelesli kollecini bitirib və Kolumbiyada hüquq dərəcəsini alıb. O, Cozef və Debra H.Fazioların qızıdır.
28 yaşlı Eynullayeva Uolthamda iqtisadçı işləyir. Massaçusets Universitetini bitirib və Kommektikut Universitetində magistr dərəcəsi alıb. Atası Kamal Eynullayev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mexanika müfəttişidir. Anası Tünzalə Eynullayeva Massaçusets ştatında yaşayır, özünün “Dilaura Naturals” dəriyə qulluq üçün kosmetik vasitələr istehsal edən şirkəti var, eyni zamanda, Sprinqfild məktəbində yarımştat müəllim kimi çalışır.
Xatırladaq ki, Massaçusets ştatında eynicinslərin nikahı qanunidir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir