Tarixdə iz qoymuş yüzlərlə, minlərlə, hətta milyonlarla şəxsiyyət var. Kimisi ağlı ilə, kimisi gücü ilə, kimisi də öz cazibəsi ilə tarixin qızıl səhifələrinə adını yazdıra bilib. Onların bir çoxu gələcək nəsillər üçün varis olaraq önəmli düşüncələrini geridə buraxıblar. Eyni zamanda bədəninin müxtəlif üzvləri bu günə qədər saxlanılan şəxsiyyətlər də var.
Bu gün dünyanın hər yerində sərgilənən bu parçalar görənləri heyrətləndirir.
Sözügedən tarixi şəxsiyyətlərə aid bu günə kimi qorunub saxlanan bədən üzvləri haqqında maraqlı faktları sizlərə təqdim edirik.
Albert Eynştey
1955-ci ildə məşhur fizik Albert Eynşteyn vəfat etdikdən sonra beyni tədqiqatçılar tərəfindən hissələrə bölünüb. Onun beyninin bəzi hissələri hazırda “Philadelphia” muzeyində nümayiş olunur.
Stiven Qrover Klivlend
Keçmiş ABŞ prezidenti Klivlend 1908-ci ildə vəfat edib. 1893-cü ildə prezidentin ağzındakı şiş hüceyrəsini çıxarmaq üçün bir əməliyyat keçirilib. Yaxtada edilən bu əməliyyatdan sonra həmin şiş nümayiş etdirilmək üçün qorunub saxlanılıb.
Ceremi Bentam
Filosof Ceremi Bentam əksər insanlardan fərqli olaraq öldükdən sonra muzeylərdə sərgilənmək istəyib. Ceremi 1832-ci ildə vəfat etdikdə onu mumyalayan şəxslər səhvə yol veriblər. Bentamın kəllə sümüyünü zədələyən vəzifəlilər onun yerinə kopyasını hazırlayaraq, muzeyə təqdim ediblər.
Qalileo Qaliley
Məşhur İtalyan alimi Qalileo Qaliley 1642-ci ildə vəfat edib. Bu günə kimi kimliyi məlum olmayan şəxslər məşhur alimin vəfatında 95 il sonra məzarını qazıb oradan bir parça götürüblər. Bu əsər indi İtaliyanın Floransa şəhərindəki bir muzeydə sərgilənir.
Vladimir İliç Ulyanov
Məşhur kommunist inqilabçı Vladimir Lenin 1924-cü ildə vəfat edib. Xüsusi üsullarla qorunan cəsədi, indi Rusiyanın paytaxtı Moskvada bir şüşə qabda saxlanılır.
Volfqanq Amadey Motsart
Məşhur bəstəkar Motsart 1791-ci ildə vəfat etdikdən sonra Joseph Rothmayer adlı bir şəxs məzarı açaraq onun kəllə sümüyünü oğurlayıb. 1902-ci ildə Salzburqda ələ keçirilən kəllə sümüyü bir sıra testlərdən keçsə də sınaqlar nəticəsiz qalıb.
Tomas Alva Edison
İxtiraçı Tomas Edison “Ford Motor Company” şirkətinin qurucusu Henri Ford ilə yaxın dost olub. Onlar birlikdə düşərgəyə gedər, balıq tutardılar. Edison son nəfəsini ehtiva edən bir şüşə qutunu yaxın dostuna miras qoyub. Edisonun son nəfəsi indi Henri Ford Muzeyində nümayiş olunur. Bu dünya muzeylərində sərgilənən ən maraqlı əsərlərdən biridir.
Çarlz Bebbic
İlk hesablayıcı maşının ixtiraçısı Çarlz Bebbic 1871-ci ildə vəfat edib. O, ölmədən öncə beynini elmə bağışlayıb. Bu gün beyninin bir hissəsi Londondakı Elm Muzeyində sərgilənir.
Turan Oruc