beden

Bədən quruluşunuzun tipini bilirsinizmi?

Baxış sayı: 2. 226

Qadınların ən böyük problemi bədən quruluşuna uyğun paltar tapa bilməməsidir. Hər bir qadının bədənində bəyənmədiyi üzvləri var. Əgər bu yerləri düzgün şəkildə örtməyi öyrənsələr, həm özlərinə inamları artar, həm də daha şən olarlar. Qadınlara xas 6 dəyişik bədən quruluşu var:

Armudvari, üçbucaq, düzbucaqlı, qum saatı, oval və paxlava formasında bədən quruluşu var. Əgər aşağı hissə yuxarıya nisbətdə daha kökdürsə, ombanız çiyinlərdən böyükdürsə, yumru baldırlara sahibsiniz. Əgər yuxarı hissə, yəni sinəniz böyükdürsə, ombanız və ayaqlarınız nazikdir. Bu problemləri həll etməyin müxtəlif yolları var. Bu 6 kateqoriyadan hansının aid olduğunuzu müəyyənləşdirib düzgün geyinmək qaydasını öyrənə bilərsiniz.

 

Armudvari bədən qruluşu: Bu cür bədən quruluşa malik olan xanımların bədənlərinin üst hissələri daha kiçik olur. Aşağı hissə isə geniş olur. İncə uzun boyunları, kiçik sinələri, balaca qabırğaları və düzgün belləri var. Feminen adlanan mükəmməl belə sahibdirlər və onlara bu beli vurğulayan stillərin hamısı onlara çox yaraşır. Armudvari bədən quruluşuna sahib olduğunuzdan tam əmin deyilsinizsə, Rihanna, Cenifer Lopez və Beyonsu gətirin.

 

Geyim tərzi: Sırğa, boyunbağı kimi aksessuarlar gözləri böyük hissələrdən yuxarıya çəkməyə kömək edəcək. Çox dar olan geyimlərdən uzaq gəzin. Printli, şəkilli üstlər geyinərək diqqətləri alt bölgənizdən uzağa çəkə bilərsiniz. Daha çox bədənin üst hissəsi diqqət çəkici olmalıdır. Çox böyük üst geyimlərindən uzaq durun çünki sizi daha kök göstərə bilər.

Çox dar olmayan, amma əyninizə tam oturan üst geyimlərinə üstünlük verin. Bluzlar və pencəklər ombanızı gizlətmək üçün uzun, ya da qısa olmalıdır. Açıq və şəkilli şalvarlar geyinməyin, tünd rənglərə üstünlük verin. Şalvarlar yaxşı materialdan olmalı və ombaya yapışmalıdır. Aşağısı yığılan, büzgülü şalvarlardn uzaq durun.

Yanları cibli şalvarlar qətiyyən geyinməyin. Qısa ətəklər sizə görə deyil. Düz ətəklərin yumru qalmasının qarşısını almaq üçün ətək qələm formasında olmalıdır. Hündürdaban ayaqqabılar ayaqların uzun və daha nazik görünməsini təmin edir. Uzunboğaz çəkmələrlə ayaqlarınızı gizlətmək istəyirsinizsə, buna yardım edəcək.

 

Tərs üçbucaq bədən quruluşu: Bu tip bədən quruluşuna sahibsinizsə, çiyinlər geniş, bel normal, ombalar balaca, ayaqlar isə uzun olur. Mükəmməl ayaqlarınız var. Sinələriniz diqqət çəkmək üçün idealdır. Ancelina Coli və Demi Moor bu tip bədən quruluşu üçün yaxşı nümunədir.

 

Geyim tərzi: Çox tökülən geyimlərdən uzaq durun. Geniş çiyinli pencəklər geyinməyin, iri cibli pencəklər çiyinləri tarazlaşdırır. Yuxarıdan aşağıya tərəf genişlənən şalvar və ətəklər geyinin. Beli aşağıda olan kəmərlər diqqətin belə yönəlməsini təmin edir və görkəminizi tarazlaşdırır.

 

Düzbucaqlı bədən quruluşu: Üst və alt hissə bərabərdir. Sinə qəfəsi böyük olur, bədənin alt hissəsi düz, ayaqlar isə nazik olur. Ayaqlarınız əsl sərvətdir. Buna görə də ayaqları mümkün qədər qabardın. Cameron Diaz və Gwyneth Paltrow bu bədən tipinə yaxşı nümunədir.

 

Geyim tərzi: Qolsuz üstlər mükəmməl çiyinləri vurğulayır. Korsetli üst geyimlərinə üstünlük verin, V yaxalıqlı geyimlər boynu daha incə göstərir. Beli çox aşağı olan şalvarlar geyinməyin. Assimetrik ətək ucları sizə mükəmməl stil qazandıra bilər. Düz kəsim ətəklər seçin, kəmərlərdən isə istifadə etməyin. Orta hissədə boşalan paltarlar sizin üçün uyğun ola bilər. Qısa ətəklə uzun pencəklər geyinin. Uzun kəsimli ətəkləri isə uzun köynəklərlə kombinasiya edin.

 

Qum saatı: Xırda sümüklər, diqqət çəkən incə bel, düz ayaqlar və əyri ombalarınız var. Sofia Loren və Halle Berry bu bədən tipi üçün yaxşı nümunədir.

 

Geyim tərzi: İri bir kəmər taxın, bədən quruluşunu gizlədən dalğalı köynəklər sizə görə deyil, beli vurğulayan və ayaqlarınızı göstərən geyimlər seçin. Düşük bel geyimlər geyinməyə icazə var. Üst geyimlərinin tam omba hissəsində bitməməsinə fikir verin. Daha çox əyninizə olan geyimlər alın. Parlaq və gözə girən rənglər yerinə, adi rənglərə müraciət edin. Dar üst geyimləri olmaz. Bol paltarlar da sizə yaraşmır.

 

Paxlava formasında bədən quruluşu: Paxlava formasında bədən quruluşuna sahib olan qadınların çiyinləri balaca, ombaları geniş, baldırları isə iri olur. Armud və paxlava forması bir-birinə bənzəsə də, paxlava bədən quruluşuna sahib olan qadınların bədəni daha əyridir. Üst hissələri daha incə olur. Salma Hayek və Cathrine Zeta Jones buna yaxşı misaldır.

 

Geyim tərzi: Arxasında detallar işlənən şalvarlardan uzaq durun. Ombaya doğru boşalan pencəklərə üstünlük verin. Əyninizə tam oturan köynəklər seçin. Rəngli və parlaq tonlar ola bilər, qırçınlı ətəklərdən uzaq durun. Paltarlar üst bölgənizi gizlədir və qıçlarınızı önə çıxarar.

 

Oval formasında olan bədən quruluşu: Bu bədən tipində sinə qəfəsi böyük, alt hissə dairəvi, ombalar dar olduğu üçün ayaqlar da zərif və düz olur. Mükəmməl ayaqlarınız və obmanız var. Bu da o deməkdir ki, ayaqlarınızı istədiyiniz formada göstərmək haqqınız var. Kate Winslet və Elizabeth Hurley bu bədən tipinə daxildir.

 

Geyim tərzi: V yaxalıqlı geyimlər boynunuzu incə və zərif göstərmək qabiliyyətinə malikdir. Əyninizə yapışan üst geyimlərdən uzaq durun. Uzun köynək modelləri diqqətin gözəl ayaqlara yönəlməsini təmin edir. Boyundan asqılı donlar baldır xətlərinin üzə çıxması baxımdan mükəmməl seçimdir. Özünüzü cəsur qadın hiss edirsinizsə, qısa köynəklər seçə bilərsiniz. Lakin rənglərin açıq olmasına xüsusi fikir verin. Zolaqlı geyimlər seçin. Beş cibli “avara” şalvar modelləri sizin dostunuzdur. Çox dar geyimləri isə yaxına qoymayın. Qısa ətəklər olar, iri kəmərlər taxın. Omba hissəsinin qüsurlarını örtmək üçün çantanızı ombadan bir az aşağı hissədə saxlayın.

 

Qeyd: Qadınlara görə ən seksual bədən quruluçu hansıdır?

İngilis qadınlarına görə müğənnilər arasında ən seksual bədən quruluşu Beyonsda, kişilərə görə isə Hollywood aktrisası Meqan Foxun bədən quruluşu daha seksualdır. Qadınlar arasında aparılan səsvermədə Beyons birinci olub. Beyons qadınların ən gözəl bədənə sahib olan qadını seçilməkdən əlavə, eyni zamanda ən seksual xəttlərə sahib məşhur seçilib. Beyonsun sinəsi də qadınlar tərəfindən birinci seçilib. Qadınların çoxu məşhurlar arasında ən yaxşı sinə dekoltesinin də Beyonsda olduğunu düşünür.

Hər beş kişidən biri ən seksual bədənə “Transformers” filminin ulduzu Foxun sahib olduğunu düşünür. Hətta sevgililərinin icazə verəcəyi halda yatmaq istədikləri qadının Megan Foks olduğunu etiraf ediblər.

İncə görünüşlü Victoria Beckham isə həm kişi, həm də qadınlar tərəfindən ən pis bədənə sahib məşhur seçilib.

Araşdırmaya qatılan kişi və qadınların təxminən yüzdə 34ü ən yaxşı vücudun Beyonceda olduğunu düşünərkən, dörddəbirə yaxın bir hissəsini ən gözəl ayaqların da Beyoncedə olduğu fikirindədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir