xal

Bədəndə xalların yaranma səbəbi nədir və necə qorunmaq olar?

Baxış sayı: 850

Hal-hazırda, baxışlarınızı əllərinizə və xüsusən də biləklərinizə çevirin və orada bir xalın olub-olmadığını yoxlayın. 10 nəfərdən 8-də məhz bu yerlərdə xal var.

Bir neçə il əvvəl başda “Twitter” olmaqla bir çox sosial media kanalı müxtəlif qadınların biləklərini göstərən fotolarla dolmuşdu. Onların hər birinin bədəninin eyni hissəsində bir xal vardı.

Xallar dərinin altında əlavə piqmentasiya olan hüceyrələrdir. Bəzən insan doğulduğu zaman xalı olur, bəzən isə, Günəşə məruz qaldığı üçün illər keçdikcə görünür və ya daha da qabarıqlaşır. Tədqiqatçıların fikrincə, xalların mövcudluğu iki fərqli amillə izah oluna bilər: Günəşin zərərli təsiri və MC1R geni.

Bədənimizdə iki fərqli melanin növü var, eumelanin və feomelanin. Piqmentlər kimi tanınan bu növ melanin dərimizə, gözlərimizə və saçlarımıza aid olduğu rəngi verir. Eumelanin tünd saçlarda, dəridə və gözlərdə olan qəhvəyi-qara piqmentdir. Bu piqment dərinin ultrabənövşəyi şüalardan qorunmasında çox mühüm rol oynayır və onun çatışmazlığı zərər verir.

Feomelanin eumelaninin əksidir. Bu, əsasən qırmızı saçlı, solğun açıq dərili və yaşıl gözlü insanlarda görülən və qırmızımtıl sarı rəngə malik olan bir piqmentdir. Əslində bədənimizdə nə qədər xal olması da sahib olduğumuz melaninin növündən asılıdır. Bu nöqtədə tədqiqatçılar, daha çox feomelanin piqmentinə sahib olan açıq dəri və qırmızı saçlı insanların bədənlərində birbaşa nisbətdə daha çox xal ola biləcəyini təsdiqləyirlər.

 

Bəs niyə bu xallar daha çox əllərimizdə və biləklərimizdə görünür?

Maşın sürərkən ən çox günəş alan yer haradadır? Əllərimiz və biləklərimiz… Əslində, hər 10 nəfərdən 8-nin əllərində, xüsusən də biləklərində xal var. Sahib olduğumuz piqmentlərin təsiri olsa da, Günəşə məruz qalmamız əsasən xallarımızın sayı ilə düz mütənasibdir. Bu da o deməkdir ki, bədənimizin hansı hissəsi Günəşə məruz qalırsa, orada xallar çıxır.

Bədəninizdəki bu qəhvəyi ləkələrin çoxalmasını istəmirsinizsə, müntəzəm olaraq, günəş kremindən istifadə edin. Qeyd edək ki, günəş kreminə həssas dəriyə sahib ola bilərsiniz. Bu halda, həkim tövsiyəsi almağınız tövsiyə olunur.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir