yatmaq

Bədəninizi idarə edən 14 sirr – FOTOLAR

Baxış sayı: 1. 936

Orqanizmimiz hər birimizi müəyyən vaxtlarda çıxılmaz vəziyyətə salır.

“Gencaile.az” “Publika.az”-a istinadən oxucuları ən çox yayılmış problemlərlə mübarizə aparmağa kömək edən tövsiyələrlə tanış edib.

 

Baş ağrısından qurtulmaq

Əllərinizi soyuq suyun altına tutub bir neçə dəqiqə o vəziyyətdə saxlayın. Mümkün qədər çox saxlamağa çalışın. Və dəridə qıcaqlanma hiss edənə kimi dəsmalla qurulayın.

Bu texnika donma və bərkitmə təsiri göstərir. Temperatur stress tonusunu artırır və qan dövranını yaxşılaşdırır. Amma ürək və ya damar probleminiz varsa, onda bu üsuldan ehtiyatla istifadə etmək lazımdır.

Yuxunu qovmaq üçün

Yuxunu qovmaq üçün bacardığınız qədər bir neçə dəqiqə nəfəsinizi saxlayın. Bunun sayəsində ürək döyünməsi artacaq və sizi oyadacaq.

Asqırmanı saxlamaq

Bəzən ən qeyri-münasib vaxtda qəfildən asqırırıq. Bundan qaçmaq üçün sadəcə burnun yuxarı uc hissəsini sıxın və irəli çəkin.

Ürəkbulanmadan qurtulmaq

Əgər əlverişli olmayan yerdə ürəyiniz bulanır və qusmaq istəyirsinizsə, bir müddət nəbzinizi masaj etməyə çalışın.

Gülüşü saxlamaq

Bəzən ən münasib olmayan vaxtda hisslərimizə nəzarəti itirir və dayanmadan gülməyə başalyırıq. Onda özünü çimdikləmək, yaxud dilinizi dişləməklə gülüşü yatırmaq olar.

Hıçqırmağı dayandırmaq

Hıçqırıqla mübarizənin ən səmərəli üsulu nəfəsi maksimum uzun müddət saxlamaqdır.

Qıcqırmandan qurtulmaq

Sağ yanı üstə yatanda qıcqırma başlayır. Odur ki, qıcqırmanı azaltmaq üçün gecə vaxtı sol böyrü üstə yatmağa çalışın.

Əhval-ruhiyyəni qaldırmaq

Əgər pis əhval-ruhiyyədəsinizsə, karandaşı dişlərinizlə sıxın. Bu, əzələləri gücləndirir, zehni açır və kefi qaldırır.

Xoruldamağı kəsmək

Yuxu xorultusunun səbəbi adətən arxası üstə yatmaqdan qaynaqlanır. Böyrü üstə yatmağa çalışın, bu, yuxuda nəfəsi yaxşılaşdırır.

Sızanaqlardan qurtulmaq

Sızanaqların yaranmasının qarşısını almaq üçün baxım prosedurlarından sonra üzünüzü sərin su ilə yuyun. Soyuq su dəri məsamələrinin kirlə dolmasının və bakteriyaların qarşısını alır.

Həşərat sancması nəticəsində qaşınmanı saxlamaq

Ağcaqanad sancmasından qaşınmanı azaltmaq üçün həmin yerə dezodorant çəkin və ya buz qəlibləri qoyun.

Göz yaşlarını saxlamaq

Bəzən göz yaşlarını saxlamaq çətin olur. Ağlamamaq üçün gözünüzü geniş açın və mümkün qədər qırpmadan yuxarı (yalnız gözləri yuxarı qaldırın, başınızı deyil) baxmağa çalışın.

Ağrını azaltmaq

Ayaq barmaqlarımız diqqətsizlik üzündən stol, çarpayı və ya hər hansı yerə birdən toxunanda bu zaman şiddətli ağrı hiss edirik. Bu halda emosiyalarınızı ifadə etməkdən, qışqırmaqdan qorxmayın. Araşdırmalar göstərir ki, söyüş və qışqırıq ağrını azaltmağa kömək edir.

Başgicəllənmədən qurtulmaq

Başgicəllənmədən qısa müddətdə qurtulmaq üçün şəhadət barmağını qulağa qoyub ehtiyatla irəli və aşağı masaj edin. Bu, daxili təzyiqi tənzimləməyə imkan verəcək və vəziyyətiniz xeyli asanlaşdıracaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir